Rəsmi mənbələrə istinadən yayılan məlumatlara görə, Çin son dövrdə Sakit, Hind və Arktika okeanı bölgələrində onlarla tədqiqat gəmisini hərəkətə gətirərək dəniz dibini sistemli şəkildə skan edir.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb və fəaliyyət rəsmi olaraq “elmi araşdırma” kimi təqdim olunsa da, Qərb ekspertləri bunun arxasında hərbi məqsədlərin dayandığını bildirir.
Mütəxəssislərin fikrincə, okean dibinin bu cür xəritələşdirilməsi sualtı qayıqların gizli hərəkəti, düşmən submarinalarının izlənməsi və sonar sistemlərinin effektiv işləməsi üçün kritik əhəmiyyət daşıyır. Xüsusilə dəniz dibinin relyefi, suyun temperaturu və axınlar barədə dəqiq məlumatlar sualtı müharibədə üstünlük yaradır.
Məlumata görə, Çin gəmilərinin fəaliyyəti ABŞ və müttəfiqlərinin hərbi bazalarına yaxın ərazilərdə də qeydə alınır. Filippin, Quam, Havay və Yaponiya yaxınlığında artan aktivlik Vaşinqtonda narahatlıq doğurur və bu proses Çinin mümkün hərbi qarşıdurmaya hazırlaşması kimi qiymətləndirilir.
Eyni zamanda, Pekin “şəffaf okean” adlandırılan geniş sensor şəbəkəsi qurur. Bu sistem vasitəsilə sualtı temperatur dəyişiklikləri, cərəyanlar və hərəkətlər real vaxta yaxın rejimdə izlənə bilir.
Okean dibində GİZLİ HAZIRLIQ: Çinin ABŞ-yə qarşı “SUALTI MÜHARİBƏ XƏRİTƏSİ”
25
mart
05:21
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir - BU NƏDİ BELƏ?
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
Çin ABŞ-la müharibəyə HAZIRLAŞƏR - Sualtı döyüşlər üçün müvafiq sistemlər QURULUB
Şıx sanatoriyasının qara suyu: sağlamlığın əvəzinə xəyanət
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI