Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-İran müharibəsi ilə bağlı kəskin bəyanatlarla çıxış edib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, o, bölgədə eskalasiyanın dayandırılmasına çağırıb və qarşıdurmanın genişlənməsinin təhlükəli nəticələr doğuracağını vurğulayıb.
Ərdoğan bildirib ki, Ankara bu müharibənin region ölkələri arasında uzunmüddətli və tükəndirici qarşıdurmaya çevrilməsini istəmir. Onun sözlərinə görə, baş verənlər artıq qlobal miqyasda təsir göstərir:
“Bu, hər nə qədər İsrailin müharibəsi olsa da, 8 milyard insan bunun bədəlini ödəyir. Bu, Netanyahunun siyasi sağ qalma müharibəsidir”.
Türkiyə lideri İsrail rəhbərliyini də sərt tənqid edərək qeyd edib ki, davam edən hücumlar sülh perspektivlərini ciddi şəkildə zədələyir:
“Netanyahunun rəhbərlik etdiyi qətliam şəbəkəsi regional sülh və bəşəriyyət naminə dərhal dayandırılmalıdır”.
Ərdoğan əlavə edib ki, beynəlxalq ictimaiyyət passiv qalmamalıdır və daha qətiyyətli mövqe nümayiş etdirməlidir:
“İsrailin barışmaz, maksimalist və radikal mövqeyinin diplomatik həll yollarını sabotaj etməsinə icazə verilməməlidir”.
Türkiyə prezidenti vurğulayıb ki, vaxtında addımlar atılmazsa, münaqişə daha geniş coğrafiyanı əhatə edərək qlobal təhlükəyə çevrilə bilər.
Ərdoğandan SƏRT MESAJ: “Bu, Netanyahunun sağ qalma MÜHARİBƏSİDİR – dünya BƏDƏL ÖDƏYİR”
25
mart
03:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Moskva və Pekin niyə KƏNARDA DAYANIR: Tehran niyə TƏK QALIB? TƏHLİL
Ərdoğan Suriyanı təkbaşına DİZAYN EDİR: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı MƏĞLUB DURUMA DÜŞÜRDÜ
Zelenskinin raket zərbələri NATO-nu “VURUR”: ABŞ və Qərb Ukraynada “ERMƏNİ TAKTİKASI”na keçdi
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI