ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin nüvə silahı əldə etmək planlarından birdəfəlik imtina etməyə razılaşdığını bildirib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

"Əvvəlcədən danışmaq istəmirəm, lakin onlar heç vaxt nüvə silahına sahib olmayacaqlarına razılıq veriblər", - deyə o qeyd edib.

Amerika lideri Vaşinqtonun məhz kiminlə məsləhətləşmələr apardığını dəqiqləşdirməyib. İran hakimiyyəti isə bundan əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadıqlarını bəyan edib.

Martın 23-də Tramp bildirmişdi ki, Vaşinqton Tehranla apardığı danışıqlarda İranın nüvə silahından və uranın zənginləşdirilməsindən imtina etməsini müzakirə edir.