Geopolitikada dəyişən ilk şey ritorika deyil, maraqlardır. Ritorika isə yalnız bu dəyişimin gecikmiş əks-sədasıdır. Bu gün Cənubi Qafqazda baş verənlər də məhz bu qaydanın klassik nümunəsidir.
Uzun illər bir-birinə qarşı müharibə aparmış Azərbaycan və Ermənistan indi yeni bir mərhələyə daxil olur. Bu mərhələni nə sülh romantizmi, nə də ideoloji yaxınlaşma izah edir. Bu mərhələni yalnız maraqlar izah edir.
Qərb analitiklərinin diqqət çəkdiyi əsas məqam budur: “Longtime rivals Armenia and Azerbaijan are increasing trade… and gradually weaken Russia’s role in the region…” (Uzun illər rəqib olan Ermənistan və Azərbaycan ticarəti artırır və bu, regionda Rusiyanın rolunu tədricən zəiflədir.)
Bu cümlə sadəcə iqtisadi dinamikanı təsvir etmir. Bu, regionun siyasi xəritəsinin dəyişdiyini göstərir. Çünki ticarət burada məqsəd deyil, vasitədir. Məqsəd isə təsir mərkəzinin dəyişməsidir.
Azərbaycanın Ermənistana enerji məhsulları ixrac etməsi bu yeni reallığın ən konkret ifadəsidir: “Azerbaijan has begun exporting energy products to Yerevan…” (Azərbaycan artıq İrəvana enerji məhsulları ixrac etməyə başlayıb…)
Bir neçə il əvvəl belə bir cümlə absurda bənzəyərdi. Bu gün isə bu, strateji qərardır. Bu qərar bir tərəfdən Ermənistanın iqtisadi blokadasını qismən yumşaldır, digər tərəfdən isə Rusiyanın regiondakı iqtisadi monopoliyasını sarsıdır.
Analitik yanaşma bu prosesi daha açıq ifadə edir: “Armenia and Azerbaijan are acting in a way that reduces Moscow’s influence in the Caucasus…” (Ermənistan və Azərbaycan Qafqazda Rusiyanın təsirini azaldan şəkildə hərəkət edir.)
Bu, artıq ikitərəfli münasibətlər məsələsi deyil. Bu, böyük güclər arasında rəqabətin regional səviyyədə təzahürüdür. Moskva uzun illər bu regionda əsas arbitraj rolunu oynayıb. Lakin Ukrayna müharibəsi bu rolu zəiflətdi: “Moscow remains preoccupied with its war in Ukraine.” (Moskva Ukraynadakı müharibə ilə məşğuldur.)
Bu məşğulluq isə boşluq yaradır. Geopolitikada isə boşluq həmişə yeni aktorlar və yeni əlaqə xətləri ilə doldurulur.
Bu kontekstdə Bakı və İrəvanın davranışı emosional deyil, hesablanmışdır. Onların prioritetləri də dəyişib: “Their first priority is to resolve their conflict… relations with Russia… is secondary.” (Onların əsas prioriteti münaqişəni həll etməkdir… Rusiya ilə münasibətlər ikinci dərəcəlidir.)
Bu yanaşma regionda uzun illər dominant olmuş düşüncə tərzinin sonunu göstərir. Əvvəllər münaqişə əsas idi, münasibətlər isə onun ətrafında qurulurdu. İndi isə münaqişənin həlli prioritetə çevrilir, xarici güclərlə münasibətlər isə bu məqsədə tabe edilir.
Enerji və logistika bu transformasiyanın əsas alətlərinə çevrilib: “Any amount of petroleum products… represents progress in terms of offsetting Russia’s dominance…” (Azərbaycandan gələn hər bir enerji tədarükü Rusiyanın dominantlığını zəiflədən addımdır.)
Bu, artıq iqtisadi əməkdaşlıqdan daha artıqdır. Bu, təsir zonasının yenidən bölüşdürülməsidir. Lakin bu prosesin sabit olduğunu düşünmək sadəlövhlük olardı. Məqalədə bu risk açıq şəkildə vurğulanır: “I expect an angry, vengeful Putin to try to regain lost Russian influence…” (Qəzəbli və revanşist Putin itirilmiş təsiri bərpa etməyə çalışacaq.)
Bu xəbərdarlıq təsadüfi deyil. Çünki geopolitikada itirilmiş təsir nadir hallarda sakit şəkildə qəbul olunur.
Bu fonda Cənubi Qafqazda baş verənlər daha geniş bir transformasiyanın parçasıdır. Dünən düşmən olan aktorların bu gün əməkdaşlıq etməsi ziddiyyət kimi görünə bilər. Lakin bu, ziddiyyət deyil. Bu, geopolitikanın öz məntiqidir.
Bir vaxtlar Ermənistan əsas təhlükə kimi təqdim olunurdu. Bu gün isə diqqət daha böyük oyunçulara yönəlib. İran, Rusiya və Qərb arasındakı qarşıdurma regionu daha böyük geosiyasi çərçivəyə daxil edir. Bu dəyişən konfiqurasiyada sabit qalan tək şey var: maraqlar. Geopolitikada dostluq yoxdur. Geopolitikada düşmənçilik də qalıcı deyil. Yalnız maraqlar var. Və bu maraqlar dəyişdikcə xəritələr də dəyişir.
Elbəyi Həsənli
Qəzəbli və revanşist Putin Qafqazda NƏ HAZIRLAYIR? – Kreml “SÜRPRİZLƏ” üzləşib
24
mart
22:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Sərhəddən TƏCİLİ XƏBƏR: Bu kəndlər Azərbaycana QAYTARILIR - Ərazilər AÇIQLANDI
“SAR TRADE” MMC-nin arxasında duran QÜVVƏ KİMDİR? – TƏBİB, yoxsa…
ABŞ və Qərbin "QAFQAZ PLANI" həlledici mərhələyə keçir: Ermənistan Rusiyaya qarşı "STRATEJİ HÜCUM SİLAHI"na çevrilir
Kreml Ağ Evin yeni Qafqaz siyasətindən NİYƏ XOFLANIB: ABŞ-Rusiya toqquşması məhz Orta Asiyada BAŞ VERƏCƏK
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI