İranda ali lider Müctəba Xameneinin ABŞ ilə danışıqlara razılıq verməsi barədə məlumat təsdiqlənməyib.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasındakı məlumatlı mənbə "RT"yə bildirib.
Bundan əvvəl İsrailin "Ynet" nəşri mənbələrə istinadla məlumat yaymışdı ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffa yeni Xameneinin Amerika-İran danışıqlarına razı olduğunu deyib.
Məlumata görə, Xamenei Tehranın şərtlərinə əməl olunacağı təqdirdə bu məsələnin mümkün qədər tez bağlanmasını xahiş edib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib ki, İslam Respublikasının elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri beş gün müddətinə təxirə salıb. Onun sözlərinə görə, həmin günlərdə İranla sülh danışıqları aparılacaq.
O qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin tam və qəti şəkildə nizamlanması barədə kifayət qədər yaxşı və məhsuldar söhbətlər baş tutub.
Xamenei ABŞ ilə danışıqlara RAZILIQ VERİB? - Tehrandan yeni AÇIQLAMA
24
mart
20:57
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
Əraqçi ELAN ETDİ: Xamenei ABŞ-İran danışıqlarına RAZILIQ VERDİ
Bakıda mühüm TƏDBİR: Prezident çıxış etdi – FOTOLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI