ABŞ prezidenti Donald Trampın İranla sülh danışıqlarının aparılmasına dair martın 23-də "Truth Social"da etdiyi paylaşım naməlum insayderlərə 100 milyon dollardan yuxarı gəlir gətirib.
Kainat.tv xarici agentliklərə istinadən xəbər verir ki, qazanc Trampın "sülh" paylaşımından 20 dəqiqə əvvəl əldə edilib.
Belə ki, müşahidəçilər və bazar iştirakçılarının məlumatına görə, Trampın İranla sülh perspektivləri barədə açıqlamasından təxminən 15 dəqiqə əvvəl bəzi treyderlər ticarət həcmlərini kəskin şəkildə artıraraq təxminən 6200 ticarət əməliyyatında "Brent" və WTI nefti fyuçerslərinin satışını həyata keçiriblər ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb olub. Həmin treyderlər Fond bazarlarında isə əksinə, Trampın çıxışından sonra 10 faizdən çox artan ralli gözləyərək alışları kəskin artırıblar.
Bu alışların həcminin 1,5-2 milyard dollar təşkil etdiyini nəzərə alsaq, bu treyderlər qrupu təxminən 20 dəqiqə ərzində 100 milyon dollardan çox qazana biliblər.
Hazırda qlobal bazarlarda Trampın paylaşımından hansısa qüvvələrin əvvəlcədən xəbərdar olaraq külli miqdarda qazanc əldə etməsi faktının şoku yaşanır. Ortada olan ən mühüm sual isə budur ki, Donald Tramp paylaşımına dair həmin qüvvələri özü xəbərdar edib, yoxsa bu ondan xəbərsiz sızdırılıb? //Musavat.com
Trampın bir cümləsi kimləri MİLYARDER ETDİ? - 100 milyonluq "GİZLİ ƏMƏLİYYAT" ŞOKU
24
mart
19:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Rövşən Rüstəmov BACARMIR: Zərər 18 dəfə artıb…
Turist və pul axını: kazino sənayesi ölkələrə nə qazandırır? – ARAŞDIRMA
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI