İranın Müdafiə Şurası ABŞ-ın mümkün quru əməliyyatına cavab olaraq Fars körfəzindəki bütün strateji dəniz yollarını və sahil xətlərini minalayacağı barədə rəsmi xəbərdarlıq yayıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, "Fars" agentliyinin yaydığı bəyanatda düşmənin İran sahillərinə və ya adalarına hər hansı hücum cəhdinin bütün nəqliyyat xətlərinin müxtəlif növ dəniz minaları, o cümlədən üzən minalarla qapadılmasına səbəb olacağı bildirilir.
"Ümumi minalanma": Tehran bəyan edib ki, hücum olacağı təqdirdə tək Hörmüz boğazı deyil, bütün Fars körfəzi uzun müddətə keçilməz bir "ölüm zonasına" çevriləcək.
Neytral ölkələr üçün ultimatum: Bəyanatda deyilir ki, müharibədə iştirak etməyən dövlətlərin gəmiləri üçün yeganə çıxış yolu tranzit keçidini əvvəlcədən Tehranla rəsmi şəkildə razılaşdırmaqdır. Əks halda, onların da təhlükəsizliyinə təminat verilmir.
1980-ci illər xatırlatması: İran tərəfi 1980-ci illərdəki "Tanker müharibəsi"ni nümunə gətirərək, o zaman 100-dən çox mina təmizləyən gəminin bir neçə dəniz minasını zərərsizləşdirməkdə aciz qaldığını xatırladıb və indiki texnoloji imkanları ilə regionu tamamilə iflic edəcəklərini vurğulayıb.
Bu təhdid ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna qarşı qoyduğu 48 saatlıq ultimatum fonunda gərginliyi ən pik həddə çatdırıb. Hərbi analitiklər hesab edirlər ki, körfəzin minalanması qlobal neft tədarükünün 20%-nin kəsilməsi və dünya iqtisadiyyatının çöküşü deməkdir. Hazırda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və müttəfiqləri körfəzdə naviqasiya azadlığını qorumaq üçün əlavə mina təmizləyən qüvvələri bölgəyə cəlb etməyə başlayıblar.
Körfəzdə "MİNA TƏLƏSİ" – Tehran bütün dəniz yollarını partlatmaqla HƏDƏLƏYİR
24
mart
11:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Prezidentin təsdiqlədiyi saziş: Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL
Bakıda mühüm TƏDBİR: Prezident çıxış etdi – FOTOLAR
Azərbaycan yeni DƏHLİZ AÇILIR - Bakının logistik ÖNƏMİ ARTIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI