Hər keçən il inkişaf edən texnologiya və süni intellektin təsiri ilə bəzi peşələr öz əhəmiyyətini itirməyə başlayır. Bu peşələrin yerini süni intellekt dəstəkli asistent botlar tutur. 2026-cı ildən etibarən bəzi sahələrin lazımsız qalacağı və texnologiyaya uyğunlaşa bilməyən insanların işsiz qalma təhlükəsi ilə üzləşəcəyi proqnozlaşdırılır.
Texnologiyanın daim dəyişməsi bir çox peşənin həm məğzini, həm də iş yükünü dəyişib. Süni intellekt bəzi qruplar üçün asanlıq yaratsa da, insan əməyinə ehtiyacı azaltdığı üçün ciddi narahatlıq doğurur.
Başlanğıc səviyyəli proqramçılar: Əvvəllər sadə bir veb-sayt və ya tətbiq interfeysi yazmaq həftələrlə vaxt aparırdı. İndi süni intellekt alətləri saniyələr ərzində xətaları düzəldir və təmiz kod təqdim edir. 2026-cı ildə sadəcə "kod yazanlar" deyil, sistem arxitekturasını quran mühəndislər ayaqda qalacaq.
Çağrı mərkəzləri (Call Center): Təkmilləşmiş səs texnologiyaları və təbii dil emalı sayəsində müştəri xidmətləri artıq daha sürətlidir. Standart problemləri həll edən təmsilçilərin yerini emosional tonlaması qüsursuz olan və heç vaxt yorulmayan rəqəmsal asistentlər alır.
Məzmun yazarları (Copywriter): Məhsul təsvirləri, qısa xəbər bülletenləri və ya texniki hesabatlar... Məlumat toplama və xülasə çıxarma işində süni intellekt artıq insanı keçib. İndi sadə "məzmun yazarı" deyil, süni intellekti idarə edən "prompt mühəndisləri" və "strateji redaktorlar" axtarılır.
Mühasibatlıq və məlumat daxiletmə işçiləri: Blokçeyn (Blockchain) və ağıllı maliyyə proqramları faktura takibi və dəftərxana işləri kimi rutin tapşırıqları tamamilə avtonom hala gətirir. Mürəkkəb risk analizlərini saniyələr ərzində edən alqoritmlər ənənəvi mühasibat üsullarını tarixə qovuşdura bilər. //Milli.Az
İqtisadiyyatda 2026-cı il "ZƏLZƏLƏSİ": Milyonlarla işçini gözləyən ACI NƏTİCƏ
24
mart
09:31
Qarabağ
OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində tarixdə İLK YAŞANDI
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI