ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper "Iran International" nəşrinə verdiyi müsahibədə İran vətəndaşlarına müraciət edərək, hazırda küçələrə çıxaraq etiraz etmək üçün uyğun zaman olmadığını bildirib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, general Kuper ABŞ lideri Donald Trampın daha əvvəl səsləndirdiyi fikirləri xatırladaraq, xalqın hərəkətə keçməsi üçün müəyyən bir məqamda "aydın siqnal" veriləcəyini qeyd edib. Kuper vurğulayıb ki, hazırda davam edən "Şir nəriltisi" əməliyyatı çərçivəsində İranın hərbi və strateji obyektlərinə endirilən zərbələr maksimum gərginlik fazasındadır və bu şəraitdə kütləvi aksiyalar mülki əhali üçün əlavə risklər yarada bilər.
ABŞ-ın yüksək rütbəli hərbçisinin bu bəyanatı Vaşinqtonun İran daxilindəki prosesləri yaxından izlədiyini və rejimin çökməsi üçün xalq hərəkatı ilə hərbi zərbələri koordinasiya etmək niyyətində olduğunu göstərir.
Qeyd olunur ki, "aydın siqnal" rejimin idarəetmə aparatının tamamilə iflic olduğu və təhlükəsizlik qüvvələrinin xalqın tərəfinə keçməyə başladığı an verilə bilər. General həmçinin əlavə edib ki, ABŞ-ın hədəfi İran xalqı deyil, onun terroru dəstəkləyən rəhbərliyidir və lazımi vaxtda İranın azadlığı üçün hər cür dəstək nümayiş etdiriləcək. Hazırda Tehranda və digər böyük şəhərlərdə internet kəsintiləri və hərbi hərəkətlilik fonunda xalqın bu çağırışa necə reaksiya verəcəyi dünya kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
Donald Trampın "XÜSUSİ PLANI": İranda böyük üsyan üçün düymə NƏ VAXT BASILACAQ?
23
mart
14:03
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir — ŞİKAYƏT
Ya təslim olacaqlar, ya da... - İranda gözlənilən ÜÇ SSENARİ və SEPAH-ın PLANI
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI