Fars körfəzi və Hörmüz boğazı akvatoriyasında vəziyyət yenidən gərginləşib. ABŞ-a məxsus aviadaşıyıcı gəmilərin İranın ərazi sularına yaxın bölgələrdən geri çəkilərək daha təhlükəsiz mövqelərə keçdiyi bildirilir.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə hələlik ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmi açıqlama verməyib.
Müşahidəçilər isə bunu son günlər regionda hərbi və mülki gəmilərə hücumların artması ilə əlaqələndirirlər. Daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanındakı terminala və Şarca sahilləri yaxınlığında ABŞ bayrağı altında üzən tankərə zərbələr endirildiyi barədə məlumat yayılmışdı. Həmçinin “Abraham Linkoln” aviadaşıyıcısına zərbə dəydiyi iddiaları səsləndirilir.
Çinin Mizar peyk xidmətinin yaydığı görüntülərə görə, əvvəllər İran sahillərindən təxminən 350 km məsafədə olan “Abraham Linkoln” hazırda 1100 km-dən çox uzağa çəkilib. “Military Observer” nəşri bunu ABŞ zərbə qruplaşmasının genişmiqyaslı yenidən yerləşdirilməsi kimi qiymətləndirir.
Digər aviadaşıyıcı - “Gerald R. Ford” isə Fars körfəzini tərk edərək Qırmızı dənizin cənub hissəsinə keçib və Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında lövbər salıb.
Tehran isə iddia edir ki, ABŞ gəmiləri İranın raket və pilotsuz aparat zərbələrinə görə geri çəkilib və “Abraham Linkoln” zərər görüb. İran tərəfi, həmçinin martın 12-də “Gerald R. Ford” gəmisində baş verən və iki dənizçinin yaralanmasına səbəb olan yanğının amerikalılar tərəfindən törədildiyini iddia edir.
ABŞ gəmilərini körfəzdən GERİ ÇƏKDİ: İranla bağlı GİZLİ PLAN NƏDİR?
16
mart
14:06
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
SON DƏQİQƏ! ABŞ İran PUA-sını VURDU – MÜHARİBƏ BAŞLADI! – YENİLƏNİB
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
İrana doğru hərəkət edən “ÖLÜM GƏMİSİ” - “Abraham Lincoln”un QORXUDUCU XÜSUSİYYƏTLƏRİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI