İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) davam edən münaqişə zamanı regiondan ABŞ-a və Vaşinqtonla əməkdaşlıq edən ölkələrə heç bir neft ixracına icazə verməyəcəyini elan edib.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir bunu korpusun sözçüsü general Əli Məhəmməd Naini açıqlayıb.
Tasnim xəbər agentliyi onun açıqlamasını yayıb: "ABŞ-ın İrana qarşı hazırkı təcavüzü nəzərə alınmaqla, İslam Respublikasının silahlı qüvvələri növbəti xəbərdarlığa qədər regiondan düşmənə və onun tərəfdaşlarına bir litr də olsun neft ixracına icazə verməyəcək".
Generalın sözlərinə görə, İran "bölgənin neft ehtiyatlarını və təhlükəsizliyini qorumağa hazırdır".
Əli Məhəmməd Naini vurğulayıb ki, İran ordusu Hörmüzdə Amerika donanmasını gözləyir: "İran Silahlı Qüvvələri Amerika Hərbi Dəniz Qüvvələrinin və USS Gerald Ford təyyarədaşıyan gəmisinin Hörmüz boğazına gəlməsini səbirsizliklə gözləyir".
Onun sözlərinə görə, əslində "Amerika gəmiləri və bütün qırıcı təyyarələri güclü İran raketlərindən və dronlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafədə yerləşdirilib".
Naini həmçinin qeyd etdi ki, İran ordusu "müharibəni genişləndirməyə hazırdır" və müharibənin nə vaxt bitəcəyinə Tehran qərar verəcək.
SEPAH ABŞ-a MEYDAN OXUDU: Bir litr belə neft buraxmayacağıq...
10
mart
10:16
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
İranın Azərbaycana ŞANTAJI dayanmır: SEPAH yenə özünə ƏL QATDI...
İran ABŞ-yə belə CAVAB VERƏCƏK - Tehranın SENSASİON MÜHARİBƏ PLANI
İranda təyyarə qəzası: briqada generalı həlak oldu – FOTO
212 İLİN SİRRİ: İran və Azərbaycanın Aslandüz seçiminin GİZLİ SƏBƏBİ NƏDİR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI