İranda 12 günlük müharibədən sonra hakimiyyət yeni və qaçılmaz hesab edilən münaqişə üçün xüsusi strategiya hazırlayıb.
Bu barədə The New York Times qəzeti məlumat yayıb. Bildirilir ki, plan “Dəli əməliyyatı” adlandırılıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, altı iranlı rəsminin sözlərinə əsasən, İranın ali lideri Əli Xamenei tərəfindən verilən göstərişlər açıq olub: İran yenidən hücuma məruz qalarsa və ya onun özü öldürülərsə, regionda genişmiqyaslı müharibə alovlandırılmalıdır.
Planın əsas məqsədi münaqişəni yalnız İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün çox baha başa gələn geniş regional qarşıdurmaya çevirmək idi. Strategiyaya görə, zərbələr region ölkələrinin iqtisadiyyatına, turizm sektoruna, enerji və nəqliyyat infrastrukturuna ciddi zərər vurmalı idi.
Sənədə əsasən, plan üç mərhələdən ibarət olub. Birinci mərhələdə İsrail ərazisinə zərbələr endirilməsi nəzərdə tutulurdu. İkinci mərhələdə ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları hədəfə alınmalı idi. Üçüncü mərhələdə isə mülki obyektlərə – hava limanlarına, otellərə və səfirliklərə hücumların həyata keçirilməsi planlaşdırılmışdı.
Nəşr qeyd edir ki, İran müharibə başladıqdan sonra bir neçə gün ərzində planın bütün mərhələlərini həyata keçirib.
Corc Vaşinqton Universitetinin iran hərbi tarixi üzrə eksperti Sina Azodi bildirib ki, bu, spontan qərar deyil, əvvəlcədən hazırlanmış strategiya idi. Onun sözlərinə görə, planın məqsədi regionda ABŞ-ın müttəfiqlərinə və Vaşinqtonun özünə maksimum zərər vurmaq olub.
Xameneinin ölümündən əvvəl hazırladığı GİZLİ PLAN - ŞOK DETALLAR açılır
09
mart
00:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
DİN məlumat yaydı: Yaşı 25-dən 30-dək olanlar...
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Xameneyi özündən sonra XAOS QOYUB GETDİ: 3 mərhələli "QİSAS PLANI" işə düşdü
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI