ABŞ və İsrail rəsmiləri İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək məqsədilə xüsusi təyinatlı qüvvələrin yerləşdirilməsi imkanlarını müzakirə ediblər.
Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "Axios" nəşri məsələdən xəbərdar olan dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın müharibədəki əsas hədəflərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Bu məqsədə çatmaq üçün ölkədəki 450 kq (992 funt) ağırlığında olan 60 faiz zənginləşdirilmiş uran ehtiyatının müsadirə edilməsi əsas şərt kimi nəzərdən keçirilir.
"Axios" qeyd edir ki, bu missiya böyük ehtimalla müharibənin "sonrakı mərhələsində" reallaşa bilər. Bunun üçün ABŞ və İsrail əvvəlcə İran ordusunun artıq ciddi müdafiə qabiliyyətinə malik olmadığını dəqiqləşdirməlidir.
Ötən ilin iyun ayında ABŞ və İsrailin İranın nüvə obyektlərinə və infrastrukturuna endirdiyi zərbələrdən sonra uran ehtiyatlarının taleyi qeyri-müəyyən olaraq qalır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bildirib ki, İran tərəfi agentlik əməkdaşlarının bombalanmış ərazilərə daxil olmasına icazə vermir. Eyni zamanda, AEBA müfəttişləri İranın nüvə silahı hazırlamaq üçün əlaqələndirilmiş proqramına dair hələlik hər hansı sübut tapmadıqlarını vurğulayıblar.
İrana xüsusi təyinatlı qüvvələrin yeridilməsi MÜZAKİRƏ OLUNDU - Hədəf URAN EHTİYATLARIDIR
08
mart
12:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Yaxın onillikdə Azərbaycanda inflyasiya necə dəyişəcək? - TƏHLİL
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
Türkiyə "DƏRİN DÖVLƏTİ"nin SİRRİ: Nüvə silahı...
İranın nüvə obyekləri VURULACAQ: Yeni ilin ilk saatlarında... SENSASİYA!
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI