İran atəş gücünün 60%-ni ABŞ bazalarına və bölgədəki "strateji maraqlarına" hücum etmək üçün istifadə edir.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Əli Məhəmməd Naeini televiziya müraciətində bildirib.
“Hücum imkanlarımızın təxminən 60%-i, raket zərbələri və pilotsuz uçuş aparatları əməliyyatları ABŞ-nin bazaları və strateji maraqlarına yönəlib, 40% isə İsrail rejiminin hədəflərinə qarşıdır”, - deyə Naeini qeyd edib.
“Biz amerikalıları bu müharibədə əsas düşmən hesab edirik və bu səbəbdən də onlar cəzalandırılmaq üçün prioritet hədəfdirlər. Amerikalılar yetmiş ildir ki, bu bölgədə hərbi bazalar qururlar”, - o əlavə edib.
Naeini həmçinin bildirib ki, İran tərəfi 80 dronu, o cümlədən 3 yüksək texnologiyalı ABŞ MQ-9 Reaper dronu və 74 İsrail dronunu vurub.
“Bizim ağır raketlər, ballistik raketlər, qanadlı raketlər, müxtəlif pilotsuz uçuş aparatları və hücum katerləri tam şəkildə genişmiqyaslı və uzunsürən müharibəyə hazırdır. Heç bir narahatlıq yoxdur”, - deyə o vurğulayıb.
SEPAH rəsmisi əlavə edib ki, İran bölgədəki ABŞ bazalarını “qanuni hədəf” sayır.
Eyni zamanda, "Fars" agentliyi xəbər verir ki, SEPAH pilotsuz uçuş aparatları əməliyyatlarının intensivliyini 20% artıracaq və strateji ağır raketlərin istifadəsi də 2 dəfə çoxaldılacaq.
SEPAH-dan XƏBƏRDARLIQ: Ağır raketlər İŞƏ SALINACAQ
08
mart
20:34
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İran ABŞ-yə belə CAVAB VERƏCƏK - Tehranın SENSASİON MÜHARİBƏ PLANI
Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Rusiyanın Ukraynaya atdığı ballistik raket nəyə qadirdir? - TÜKÜRPƏDİCİ FAKTLAR
“İlk iki həftə İran üçün KRİTİK DÖVRDÜR, iqtisadi böhran baş verərsə…” – Fərid Şəfiyevlə MÜSAHİBƏ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI