İran müharibəsində müzakirə edilən məsələlərdən biri postrejim dövründə ölkəyə kimin, hansı qüvvələrin rəhbərlik edəcəyidir. ABŞ-ın planı – rejimi tamamilə sıradan çıxarmaq və hakimiyyəti xalqa vermək istəyi fonunda da bu, xüsusilə aktuallaşıb. Tramp bəyan edib ki, İran xalqı hakimiyyəti götürməyə hazır olmalıdır. Hərçənd, xalqın içindən çıxan lider hələ də yoxdur, istər bir neçə il öncə baş verən hicab aksiyasında, istərsə bu ilin yanvar ayında dəhşətli qırğınlarla yadda qalan etirazlarda önə çıxan fiqur olmadı.
Bu vəziyyət postrejim İranına kimin rəhbərlik edəcəyi məsələsində boşluq yaradıb. İranda hakimiyyətə qayıtmaq istəyən şahın oğlu Rza Pəhləvinin bu boşluqdan istifadə etməyə çalışdığı müşahidə edilir:
- bir tərəfdən İran daxilində azsaylı şahçılar vasitəsilə “xalq şahı istəyir” görüntüsü yaradır;
- digər tərəfdən İran xalqına çağırışlar edir, mühacirlərlə poz verir, mitinqlər keçirir...
Şahın oğlunun əsas hədəfi postrejim İranının idarəçiliyində ABŞ-ın dəstəyini qazanmaqdır. Vaşinqtonda Pəhləvinin namizədliyinə münasibət əvvəldən soyuq olub. Trampın son açıqlaması isə ABŞ-ın İranda Pəhləvi layihəsinin üzərindən xətt çəkməsi kimi qəbul oluna bilər.
Almaniya kansleri Fridrix Mertslə görüşdə Tramp jurnalistlərin Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalı haqa sualına cavabında bildirib: “Bəzi insanlar onu bəyənsələr də, administrasiya bu haqda çox düşünməyib. Ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm”.
ABŞ prezidenti əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra İrana ölkə daxilində populyar olan mötədil bir şəxs rəhbərlik edə bilər.
Tramp postrejim İranına rəhbərlik edəcək şəxsin kimliyini konkretləşdirməsə də, potensial namizədlə bağlı açıq mesaj verib:
- Pəhləvinin İrana rəhbərlik etməsi ABŞ-ın planına daxil deyil;
- İranı ölkə daxilində xalqın dəstəklədiyi mötədil lider idarə edə bilər.
Vaşinqtonda anlayırlar ki, Pəhləvinin özü ətrafında yaratdığı “yeganə lider” əfsanəsi reallığa söykənmir. İran xalqı şahın zülmlərini unutmayıb, hazırda etiraz etdikləri mövcud rejimi də bu zülmdən xilas olmaq üçün gətirmişdi. Bununla yanaşı, İranın gələcəyində həlledici mövqeyə sahib olan azərbaycanlılar başda olmaqla müxtəlif etnik qruplar da Pəhləvinin, onunla birlikdə şah zülmünün qayıtmasını istəmir.
Asif Nərimanlı
Tramp İranda azərbaycanlıların istəmədiyi planın üzərindən XƏTT ÇƏKDİ
04
mart
21:52
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şükürov ona işgəncə verən ermənilərin adlarını çəkdi - MƏHKƏMƏ (FOTOLAR)
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Rza Pəhləvi siyasi alətdir: ABŞ-ın İranda planları başqadır - TƏHLİL
Media nümayəndələri təltif edildi - Siyahı
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI