Abşeron rayonunda qanunsuz tikinti bumu artıq yeni “yol kəsmə” mərhələsinə keçib. Rayon ərazisində fəaliyyət göstərən biznesmenlər gördükləri bütün boş əraziləri alaraq biznes obyektinə çevirir. Bunlar azmış kimi, məhəllə yollarına da əl qoyurlar.
Kainat.tv xəbər verir ki, daxil olan videogörüntünün Abşeron rayonu Gənclər Şəhərciyinə aparan yol olduğu bildirilir. Sakinlərin verdiyi məlumata görə, artıq həmin yol da kəsilir, daş hasara alınır, obyektə çevrilməsi planlaşdırılır.
Videodan da göründüyü kimi, söhbət iki obyektin arxa hissəsindən keçən yoldan gedir və hazırda yolun bağlanması istiqamətində işlər aparılır. Maraqlıdır, bu yol kəsmə əməliyyatı kimin göstərişi ilə və hansı əsasla, kim tərəfindən və hansı sənədlə həyata keçirilir?
Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilmir. Üstəlik Abşeron rayon İcra Hakimiyyəti sorğuları cavablandırmadığı üçün mövqe almaq da mümkün deyil.
İddialara görə, bu yolun bağlanması fövqəladə hallar zamanı ərazinin daha da keçilməz olmasına səbəb ola bilər. Rayonun icra başçısı Abdin Fərzəliyevin bu proseslərə niyə müdaxilə etmədiyi sual və maraq doğurur.
Eyni zamanda, fövqəladə hallarda operativ müdaxilə imkanları baxımından məsul qurumların, o cümlədən Kəmaləddin Heydərovun rəhbərlik etdiyi strukturun və şəhərsalma sahəsinə cavabdeh qurumların da mövqeyi maraqlıdır.
Amma təəssüflər olsun ki, bütün qurumlar susur, yollar hasarlanır, satılır…//Xalq.online
Abşeron Gənclər Şəhərciyinə gedən YOLU DA satdılar? - VİDEOFAKT
03
mart
10:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI