Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri Saleh Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılmasından sonra bu qurumda maliyyə pozuntularının üzə çıxmasına dair məlumatlar yayılıb.
Kainat.tv xəbər verir ki, bununla bağlı məlumatlarda bildirilir ki, Saleh Məmmədovun özü və komandası yüz milyonlarla büdcə vəsaitini talan etdiyi üçün məsuliyyətə cəlb olunacaq.
Bu arada yaranmış situasiya ilə bağlı Gununsesi.info-ya sensasion məlumat daxil olub.
Həmin məlumatda Saleh Məmmədovun bağ evində respublikanın müxtəlif bölgələrini əhatə edən xüsusi yol istismar idarələrinin rəisləri ilə toplantı keçirdiyi deyilir.
Həmin iclasda iştirak edən şəxslərdən birinin Gununsesi.info-ya verdiyi məlumata görə, Saleh Məmmədov, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib.
O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.
“Mən özüm vəziyyətdən birtəhər çıxacağam, siz əlinizi daşın altına qoymasanız, hamınız həbsə gedəcəksiniz” deyə Saleh Məmmədov onlara xəbərdarlıq edərək, zərəri bağlamağı tələb edib.
Məlumatda keçmiş sədrin bağına toplaşan şəxslərdən bəzilərinin kimliyi redaksiyamıza bəlli olub.
Bunlar Şükür Astanov, Məzahir Səlimov , İlham Əzimov, Zahid Nuriyev, Arif Abbasov, Nizami Çıraqov, Məhəmməd Musayev və başqalarıdır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) regional idarələri ölkənin müxtəlif bölgələrində avtomobil yollarının, körpülərin və digər qurğuların tikintisi, təmiri və saxlanılması işlərini həyata keçirir. //Gununsesi.info
Saleh Məmmədovun bağında fövqəl - toplantı - "ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ", HƏBSƏ GEDİRSİNİZ!
01
mart
19:05
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Sosial müavinətlər artırıldı - Fərman
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Saleh Məmmədovun fəaliyyəti araşdırılır - AAYDA-nın tabeliyindəki MMC-lər LƏĞV OLUNACAQ?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI