Son illər Xırdalan, Masazır və Binəqədi ərazilərində aparılan tikinti işləri sakinlərin ciddi narazılığına səbəb olub. Artıq məhəllələrin içərisində 5 və 9 mərtəbəli binaların inşa edilməsi adi hala çevrilib. Halbuki həmin ərazilər fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş zonalardır.
Sakinlərin iddiasına görə, bəzi tikililər müvafiq icazə sənədləri olmadan və ya şəhərsalma normalarına zidd şəkildə ucaldılır.
Xüsusilə Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 233 ünvanında inşa edilən çoxmərtəbəli bina ətrafında ciddi suallar var. Məhəllə tipli yaşayış zonasında belə hündür tikilinin peyda olması nə yol infrastrukturu, nə kommunikasiya xətləri, nə də təhlükəsizlik baxımından əsaslandırılmış görünür.
Sakinlər bildirirlər ki, ərazidə nə avtomobil saxlamaq üçün yer var, nə də fövqəladə hallarda xüsusi texnikanın rahat hərəkəti üçün şərait. Uşaqların oynadığı həyətlər daralır, gün işığı kəsilir, mövcud kanalizasiya və su xətləri isə artıq yüklənməyə tab gətirmir.
Ən narahatedici məqam isə budur ki, bu iddialar fonunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı açıq və qətiyyətli mövqe sərgiləndiyi müşahidə olunmur. Qanunsuz tikinti iddiaları varsa, bu məsələyə niyə operativ reaksiya verilmir? Yox əgər tikinti qanunidirsə, ictimaiyyətə açıq şəkildə sənədlər təqdim olunmalıdır.
Şəhərsalma qaydalarının pozulması təkcə estetik məsələ deyil. Bu, sabah baş verə biləcək faciələrin bünövrəsidir. Seysmik zonada yerləşən ölkəmizdə normativlərə uyğun olmayan tikililər insan həyatı üçün birbaşa risk deməkdir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarını araşdırma aparmağa, ictimaiyyətə aydın və şəffaf məlumat verməyə çağırırıq. Əks halda Abşeron ərazisində xaotik və nəzarətsiz tikinti prosesi gələcəkdə daha böyük sosial və hüquqi problemlərə yol aça bilər.
Sual açıq qalır: Masazırda və digər ərazilərdə ucalan bu çoxmərtəbəli binaların arxasında kim dayanır və niyə qanunların icrasına nəzarət edilmir? (YeniGundem Media)
Kainat.tv həmin görüntüləri təqdim edir:
Abşeronda TİKİNTİ XAOSU: Masazırda qanunsuz binalar İDDİASI – Məsuliyyət KİMDƏDİR?
01
mart
16:03
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI
BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI