"The New York Times" qəzetinin yaydığı məlumata görə, İsrail və ABŞ-ın İrana qarşı birgə hərbi əməliyyatı Donald Trampın İranın nüvə proqramı ilə bağlı danışıqlarda istədiyi nəticəni əldə edə bilməməsi fonunda baş verib.
Kainat.tv-nin məlumatına görə məqalədə qeyd olunur ki, Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşner cümə axşamı Cenevrədə İran rəsmiləri ilə görüşsələr də, bu təmaslar uğursuzluqla nəticələnib. Tramp cümə günü verdiyi açıqlamada danışıqların gedişindən "məmnun olmadığını" bildirib.
Xəbərdə həmçinin vurğulanır ki, ABŞ prezidenti cümə günü səhər saatlarında hərbi əməliyyatlara başlamaqla bağlı hələ yekun qərar vermədiyini qeyd etmişdi:
"Mən güc tətbiq etməməyi çox istərdim, lakin bəzən buna məcbur olursan".
Bu bəyanatdan az sonra regionda genişmiqyaslı hava zərbələrinin endirilməsi diplomatik yolların tükəndiyini və Vaşinqtonun hərbi ssenariyə üstünlük verdiyini göstərir. //Musavat.com
İrana zərbələrin PƏRDƏARXASI: Tramp niyə hərbi əməliyyata YAŞIL İŞIQ YANDIRDI?
28
fevral
11:44
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI