Bəs, Ukrayna ilə müharibədə kifayət qədər itkilərə məruz qalmış, zəifləmiş Rusiya belə bir durumda başqa bir ölkəyə hücum üçün səfərbər ola bilərmi?
Kainat.tv xəbər verir ki, mövzu ilə bağlı Oxu24.com-un suallarını siyasi analitik Elməddin Behbud cavablandırıb.

"Rusiyanın istədiyi sabit geosiyasi bir xətt var ki, o xətt daha çox hərbi ritorika üzərində qurulub. Xüsusilə 2022-ci ilin fevralın 24-dən etibarən Ukrayna dövlətinə qarşı başladığı bu müharibə bir daha göstərir ki, Rusiya bir çox hallarda gözlənilməz qeyri-adekvat və çox sərt radikal qərarlar da qəbul edə bilir. Bunu icra da edir. Amma bütün bunlara rəğmən, mən düşünmürəm ki, Rusiya üçün yeni bir müharibə lazımdır və ya o, müharibə ona uğur gətirə bilər. Xüsusilə Norveçlə müharibə! Burada hesab edirəm ki, daha çox mesajlar Avro-Atlantik bloka, ABŞ-yə ünvanlanıb və onları Rusiya əleyhinə gözlənilən qərarlardan çəkindirici xarakter daşıyır. Heç bir halda Qərbi Avropa ölkəsi ilə, Norveçlə Rusiyanın hansısa hərbi eskalasiyası Kremlə xeyir gətirməz. Əminəm ki, böyük hərbi iqtisadi, demoqrafik məhrumiyyətlərlə üz-üzə qalan Rusiya növbəti belə bir savaşa girə bilməz” -deyə siyasi şərhçi vurğulayıb.
Əntiqə Rəşid