Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi əslində gözlənilməz olmadı. Onun fəaliyyəti uzun illərdir ki, həm mütəxəssislər, həm də ictimaiyyət tərəfindən ciddi tənqid olunurdu.
Kainat.tv Bizimesr.az-a istinadən bildirir ki, Saleh Məmmədovun karyera yoluna nəzər saldıqda, onun yol təsərrüfatı sistemində onilliklər boyu əsas fiqurlardan biri olduğu görünür. Lakin bu uzunmüddətli fəaliyyət dövrü yol infrastrukturunda keyfiyyətli dönüşlə deyil, daha çox tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, qohumbazlıq iddiaları ilə yadda qalır.
Xüsusilə diqqət çəkən məqamlardan biri Saleh Məmmədovun 57 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsidir. Bu fakt cəmiyyətdə haqlı suallar doğururdu - uzun illər texniki və icraedici vəzifələrdə çalışan bir məmurun bu yaşda hüquq təhsili almasına real ehtiyac nə idi və o, ali məktəbə hansı mexanizmlə qəbul olunmuşdu? Təəssüf ki, bu suallar indiyədək açıq və əsaslandırılmış cavabını tapmayıb.
Onun rəhbərliyi dövründə AAYDA-da aparılan struktur dəyişiklikləri də ayrıca tənqid mövzusudur. Qurumun tabeliyində 100-dən artıq MMC-nin yaradılması yol təsərrüfatında rəqabətin artmasına yox, əksinə, dövlət vəsaitlərinin müəyyən qruplar arasında bölüşdürülməsi mexanizminə çevrildiyi barədə ciddi şübhələr yaradırdı. Bu MMC-lərin əksəriyyətinin real istehsal və icra fəaliyyəti ilə deyil, formal işlərlə - “yerli əhəmiyyətli yolların süpürülməsi” kimi simvolik fəaliyyətlərlə məşğul olduğu iddia olunurdu.
Ən ciddi problemlərdən biri isə rayonlarda yol təmiri və yenidənqurma işlərinin ədalətsiz bölgüsü ilə bağlı səslənirdi.
Dövlət sifarişləri bütün Yol İstismar İdarələri arasında bərabər paylanmırdı, əksinə, Saleh Məmmədova yaxınlığı ilə tanınan bir neçə idarə və şirkət daim tender qalibi olur, digərləri isə faktiki olaraq prosesdən kənarda saxlanıdı. Bu da həm regionlararası inkişaf fərqlərini dərinləşdirir, həm də yol infrastrukturunun ümumi keyfiyyətinə ciddi zərbə vururdu.
Məsələ ondadır ki, təmirə və yenidənqurmaya ehtiyacı olan yolların maliyyələşdirilməməsi dövlət vəsaitinə qənaət məqsədi daşımır. Əksinə, bu, sifarişlərin “öz adamları”na yönləndirilməsi üçün süni şəkildə yaradılan maneələr kimi görünür. Nəticədə, vətəndaş keyfiyyətsiz yollarla üz-üzə qalır, büdcə vəsaiti isə real nəticə verməyən layihələrə xərclənirdi.
Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılması bir mərhələnin sonu olsa da, əsas məsələ bundan sonrakı prosesdir. Onun dövründə yol təsərrüfatında formalaşmış qapalı sistem, qeyri-şəffaf münasibətlər və maraqlar şəbəkəsi ləğv edilməzsə, ad dəyişikliyi real dəyişiklik anlamına gəlməyəcək.
Saleh Məmmədov necə YADDA QALDI? - Tender qalmaqalları, qeyri-şəffaf maliyyə bölgüsü, QOHUMBAZLIQ...
07
fevral
14:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
2025-ci ildə bürcləri hansı YENİLİKLƏR GÖZLƏYİR?
AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb
Vanqanın bürclər üzrə KƏHANƏTİ: 2025-də kimlər UĞURLU OLACAQ?
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI