Bakıda separatçı erməni rəhbərləri və digər erməni əsilli şəxslər barəsində çıxarılan məhkəmə hökmləri Ermənistanda açıq təşviş və panika yaradıb.
Kainat.tv xəbər verir ki, Ermənistanın keçmiş ədliyyə naziri Gevork Danielyan açıqlamasında bu qərarların guya həm məhkum edilən şəxslər, həm də Ermənistan üçün “son dərəcə təhlükəli nəticələr” doğura biləcəyini iddia edib.
Danielyanın sözlərinə görə, məsələ təkcə emosional reaksiyalarla məhdudlaşmır. Onun fikrincə, Bakıda keçirilən məhkəmə prosesləri dərin siyasi və hüquqi risklər daşıyır və Ermənistanla Qarabağla bağlı tarixi hadisələrin beynəlxalq müstəvidə yenidən qiymətləndirilməsinə gətirib çıxara bilər.
Keçmiş nazir iddia edib ki, əgər bu “məhkəmə aktlarına” qarşı adekvat addımlar atılmasa, beynəlxalq ictimaiyyətdə guya Ermənistanın onilliklər ərzində “aqressiv siyasət” yürütməsi barədə təhlükəli təsəvvür formalaşa bilər.
Müşahidəçilərin fikrincə isə Ermənistan revanşist dairələrinin əsas qorxusu məhz buradan qaynaqlanır. Çünki Azərbaycan məhkəməsinin Xocalı soyqırımında iştirak etmiş, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və dövlətçiliyinə qarşı ağır cinayətlər törətmiş şəxslər barəsində çıxardığı ədalətli məhkəmə hökmləri artıq real hüquqi presedent yaradıb.
Bu presedent Azərbaycan xalqının qanına əli batmış sabiq Ermənistan rəhbərliyinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digər cinayətkar fiqurların da eyni aqibətlə üzləşə biləcəyi ehtimalını gücləndirir.
Məhz bu səbəbdən Ermənistanın keçmiş rəsmiləri və revanşist çevrələr Bakıda keçirilən məhkəmə proseslərini “təhlükə” kimi təqdim etməyə, siyasi və hüquqi manipulyasiyalarla prosesi gözdən salmağa çalışırlar. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan xalqına, onun ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı cinayət törətmiş şəxslər üçün toxunulmazlıq dövrü artıq başa çatır. //Musavat.com
İrəvanda TƏŞVİŞ: Ermənistanın keçmiş prezidentləri Bakının məhkəməsindən QORXUR
07
fevral
01:15
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
BDU-nin rektoru Elçin Babayevin gizlin əməlləri ifşa olundu-Faktlar
Ermənistan siyasi elitasının “QORXULU GÜNLƏRİ” başladı: Araik dəhşətli hərbi cinayətləri İFŞA EDİR
Qərb Ermənistanda Rusiya və İrana qarşı CƏBHƏ AÇIR, Moskva və Tehran hələ də erməniləri BƏSLƏYİR...
Vanqanın bürclər üzrə KƏHANƏTİ: 2025-də kimlər UĞURLU OLACAQ?
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI