Tehsil.media saytı olaraq bu gün sizlərə saxta diplomla çalışan, pedaqoji stajı olmayan və övladlarımızı əmanət etdiyimiz Bağça çalışanından yazacağıq.
Belə ki, Azərbaycanın müstəqillik qazandığı ilk dövrlərdə pedaqoji sahədə çalışanlara ehtiyac olduğundan müəyyən imtiyazlar verilirdi. Bu zaman Azərbaycanın sabiq Təhsil Naziri Lida Rəsulovanın rəhbərliyi dövründə ucqar kəndlərdə ixtisası olmayan, lakin ehtiyac səbəbindən 5 ildən artıq müddətdə dərs demiş şəxslərə ixtisasdəyişmə kurslarına qəbul üçün icazə verilirdi. Bunun üçün mütləq ali və ya orta ixtisas diplomunun olması və azı 5 il pedaqoji staj tələb olunurdu.
Lakin Elnarə Əfəndiyeva (Süleymanova) Süleyman qızı bu tələbləri real olaraq ödəmədiyi halda Zengilan Rayonun Vənətli kənd orta məktəbin sabiq (keçmiş direktoru) Məmmədov Telman Əzizoğlu ilə görüşərək maddi maraq əsasında saxta əmək kitabçası yazdırıb.
Maraqlı məsələlərdən biri də budur ki, həmin dövrdə artıq Azərbaycanda torpaqlarımız itirildiyindən qanunla müəyyən edilmiş formada Telman Məmmədov möhürü də rəsmi qurumlara təhvil verməli idi. Halbuki şəxsi maraq naminə möhürü özündə saxlamış və qanunsuz şəkildə istifadə etmişdir.
Zəngilandan Bakıya gəldikdə cəmi 20 yaşı vardı və guya 5 il ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş kimi sənədləşdirilmişdi. Halbuki Zəngilanda həmin dövrdə bu formada fəaliyyət göstərən məktəb mövcud olmayıb və 1997-ci ilə qədər Elnarə Əfəndiyeva heç bir məktəbdə müəllim kimi çalışmayıb. Yalnız təxminən bir il Uşaq Birliyinin rəhbəri vəzifəsində işləyib, bundan başqa daimi iş fəaliyyəti olmayıb. Buna baxmayaraq, ona “donmuş əmək haqqı” da verilib.
Həmin dövrdə Lida Rəsulova vəzifədən uzaqlaşdırılmış, onun səlahiyyətlərini müvəqqəti olaraq Əhəd Əhədov icra etmişdir. Məhz bu mərhələdə ixtisasdəyişmə yolu ilə diplomu dəyişdirildi. Guya 3 ay ixtisasdəyişmə kursu keçərək ibtidai sinif müəllimi diplomu aldı. Beləliklə, əvvəlki saxta sənədlərin üzərinə yeni bir saxta diplom əlavə olundu.
Daha sonra Zəngilan rayonu 3 nömrəli orta məktəbində qeyri-qanuni şəkildə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərməyə başladı.
Mikayıl Cabbarovun təhsil naziri olduğu dövrdə diplomların yoxlanılması prosesi aparılarkən saxta diplomla çalışan şəxslər işdən azad edilirdi. Bu proses zamanı Elnarə Əfəndiyeva da diplomunun saxta olduğu üzə çıxdığı üçün ərizə yazaraq işdən ayrıldı.
Təxminən bir il fasilədən sonra o, uşaq bağçasında işə düzəldi. Həmin vaxt bağçalar hələ Elm və Təhsil Nazirliyinin deyil, icra hakimiyyətlərinin tabeliyində idi. İcra hakimiyyəti ilə görüşdən sonra 5000 manat müqabilində Masazır qəsəbəsində yerləşən Zəngilan şəhər Şəfəq Uşaq Bağçasında tərbiyəçi-müəllim kimi işə başladığı bildirilir.
Tehsil.media
Kainat.tv
ŞOK! Saxta diplomla çalışan tərbiyəçi-müəllim kimdir???
29
yanvar
11:40
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Media nümayəndələri təltif edildi - Siyahı
Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI