“Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialı Sabunçu rayon sakinlərini məhkəmə qapılarında qoyub.
Tribuna.az xəbər verir ki, Rövşən Rzayevin rəhbərlik etdiyi “Balakhani Operating Company” şirkətinin Azərbaycandakı filialının qarşıdakı 1 ay ərzində Sabunçu rayonunda 16 məhkəmə işi var. Bu proseslərin hamısında iddianı “Balakhanı Operating Company” qaldırıb. Şirkətin qaldırdığı iddialarda işin mahiyyəti qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılmasıdır.
Prosesdə cavabdeh tərəf kimi iştirak edən sakinlərin adları açıqlanmır. 16 işin hər biri Sabunçu rayon Məhkəməsindədir. Proseslərdən biri bu gün baş tutacaq. İş hakim Şəbnur Qədirovanın icraatındadır.
Qeyd edək ki, bu, “Balakhanı Operating Company” şirkətinin vətəndaşlarla olan ilk məhkəmə çəkişməsi deyil. Bu proses 2 ildən artıqdır ki, davam edir.
Narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də çıxışlarının birində sərt tənqid etmişdi. Deputat çıxışı zamanı bildirmişdi ki, bu şirkət dövlətə deyil, ancaq öz cibinə xidmət edir.
R.Nurullayev şirkəti xalqın sərvətini oğurlamaqda ittiham edərək bu sözləri bildirmişdi:
“Bu şirkətlər dövlətə ziyan vurur, oğurluq işlərlə məşğuldurlar, müxtəlif maxinasiyalar edirlər. Onlara bu səlahiyyətləri kim verib?. Dövlətin qanunlarını pozurlar bu şirkətlər. Əməlləri sıfır. dib. Deputat bildirib ki, bu şirkətlərin nə işlə məşğul olduğu məlum deyil”.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.
Kainat.tv
“Balakhani Operating Company” Sabunçu sakinlərinin evini “qanunsuz tikili” adı ilə sökür -VİDEO
06
yanvar
12:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Astarada marketdə saxta alkoqollu içkilər aşkarlandı
“Balaxanı Operating Company” nin rəhbəri Rövşən Rzayev qanunsuz fəaliyyətini davam etdirir-Videofakt
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?
Qrant qazanan özəl bağçalarda qiymət qalmaqalı - Nazirlik aydınlıq gətirdi
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI