Goranboy rayon Uşaq İncəənət Musiqi Məktəbi ilə bağlı Fim.az-a daxil daxil olan məlumata görə adı çəkilən təhsil müəsissəsi direktor Sevinc Zeynalova ilə ortağı İsax Məmmədovun şəxsi obyektinə çevrilib. Belə ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiyanın başında dayanan və qurumu demək olar ki, idarə edən İsax Məmmədov bütün gücü ilə Sevinc Zeynalovanı himayə edir.
İsax Məmmədova arxalanan və onun “məsləhətləri ilə oturub-duran Sevinc Zeynalovanın bəzi hərəkətləri isə kollektivdə narazılıq yaradıb. Direktorun bəzi müəllimlərlə kobud rəftar etdiyi və kollkektivə yuxarıdan aşağı baxdığı bildirilir. Məlumata görə Sevinc Zeynalova özünə yaxın müəllimlərə dərs saatlarını verməklə bərabər, həmdə əmək funksiyalarını icra etməyən bəzi müəllimlərin adına dərs saatları yazdırmaqla saxtkarlıqlara yol verir. Həmçinin Uşaq İncəsənət Məktəbində 1 saat dərsin 100 manata satıldığını bilməyən yoxdur. Binası olmayan Uşaq İncəsənət məktəbində çoxlu sayda adı olub özü olmayan “ölü can” şagirdlərin olduğu bildirilir. Belə ki, Sevinc Zeynalova İsax Məmmədovla birləşərək adı olub özü olmayan şagirdlərin hesabına özünə yaxın müəllimlərə yüksək dərs saatları yazdıraraq hər ay dövlət büdcəsindən külli miqdarda vəsaiti mənimsəyirlər. Məlumata görə Uşaq İncəsənət məktəbində adı olub özü olmayan şagirdlər sadəcə olaraq Mədəniyyət Nazirliyindən yoxlama gəldikdə bir neçə saatlıq peyda olurlar. Bu gün Goranboyda hər kəs yaxşı bilir ki, Uşaq İncəsənət Məktəbində müəllimlərin əksəriyyəti formal olaraq işə gəlirlər. Bildirilir ki, Goranboy Uşaq İncəsənət Məktəbində Sevinc Zeynalovanın bu öz fəaliyyətlərinin arxasında məhz İsax Məmmədov dayanır. İsax Məmmədov isə Gəncə-Daşkəsən Regional İdarəsində əsas söz sahiblərindən biri kimi qəbul edilir. Adı ciddi korrupsiya maxinasiyalarında hallanan İsax Məmmədovun arxasında Nazirliyin işçiləri Muraz Məmmədovla Cəsarət Valehov və Goranboy icra başçısının müavini Mirvari Ağamalıyev dayanır. İsax Məmmədovun Borsunlu kənd Musiqi Məktəbinin direktoru Günay Mirvaridliyədə himayədarlıq etdiyi deyilir. Günya Mirvaridli Sevinc Zeynalova ilə yaxın rəfiqədirlər. Bir müddət öncə onların birlikdə Türkiyəyə istirahətə getdikləri söz-söhbəti yayılmışdı.
fim.az
Kainat.tv
Goranboy rayon Uşaq İncəsənət Məktəbində “öz fəaliyyət”
15
dekabr
12:25
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Niyazi Bayramovun Gəncədə “yol əhvalatı” - Dövlət büdcəsinin ANASI belə AĞLAR QOYULUR...
Emin Əmrullayevə AÇIQ MƏKTUB – Nazirlər Kabinetinin qərarı olmadan evdə fərdi təhsil məktəblərini necə bağlayırsınız
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI