Son günlər Azərbaycanda bir türk iş adamının adı çox hallanmaqdadır. Sosial mediada radikal çıxışları ilə gündəmə gələn Tolqa Şahinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini olması iddiası bu şəxsin açıqlamalarına diqqəti xüsusilə artırır.
Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ilə əlaqə saxladıqda, ATİB sədri Mürsəl Rüstəmov belə bir müavin və ya İdarə Heyəti üzvünün olmadığı bildirdi: “ATİB İdarə Heyətində belə bir şəxs təmsil olunmayıb və olunmur”.
Digər türk iş adamları birliklərinin də rəsmi internet saytlarında bu şəxsin hansısa rəhbər vəzifədə olmadığı görünür. Bəs kimdir Tolqa Şahin?
Hazırda Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bu şəxslin Azərbaycanda olduğu iki il ərzində beş şirkət qurub və hər birinin də ayrı-ayrılıqda sektorda problemli şirkətlər olduqlarına diqqət çəkdilər:
* “Arenol Group” MMC
* “Prefabrik” MMC
* “A Frame” MMC
* “Lenora” MMC
* “Tikinti Materiall” MMC
Maraqlısı budur ki, iki ildə beş şirkət quran Tolqa Şahinlə bağlı rəy olduqca mənfidir. Belə ki, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə yüzlərlə insana zərər verdiyi və bu əməllərinin məhkəmələr tərəfindən sübut olunduğu bildirilir. Türk iş adamlarının sözlərinə görə, gördüyü bütün işlərini yarımçıq qoyub, aldığı ödənişləri mənimsəyib, işçilərinin əmək haqlarını ödəməyərək, yüzlərlə insanı aldadıb.
Tolqa Şahinin Bakı Abadlıq Xidmətinə qarşı iddialarına gəlincə, türk iş adamları bu barədə də Tolqa Şahinin manipulyasiya etdiyi qənaətindədirlər. Belə ki, əlindən alındığını iddia etdiyi Zabratda yerləşən emalatxana binası 180 000 AZN borcu qarşılığında Tolqa Şahin tərəfindən müqavilə ilə “Qardaşlar Prefabrik” şirkətinə təhvil verilib. Lakin Sabunçu Rayon məhkəməsi bu satışı etibarsız sayaraq məhkəmə qərarı və icra yolu ilə binanı 614 000 AZN borcu qarşılığında “Gənclik 94” adlı şirkətə verib. Yəni, bütün prosses hüquqi müstəvidə olub və buna səbəb də yenə Tolqa Şahinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi olub.
Türkiyənin sabiq səfiri Cahid Bağcının onun fabrikinin açılışına qatılmasından manipulyasiya cəhdi də, on minlərlə işçisinin olması, evindən üç ağır silah tapılmasına rəğmən sərbəst buraxılması da, ölkədən qayıqla qaçması da bu şəxsin etdiklərini ört-basdır etməsi kimi qiymətləndirilir. Eyni zamanda onun müxtəlif şəxslərə qarşı şəhid ailələrindən və qazilərdən istifadə etmə cəhdi də etdiyi gələn məlumatlar arasındadır.
Maraqlı məqamlardan biri də budur ki, Tolqa Şahinə qarşı açılmış onlarla məhkəmə işi olmasına baxmayaraq, onun özünün zərərçəkənliyinə dair rəsmi heç bir şikayət və ya iddia yoxdur. Bu səbəbdən də türk iş adamları bu şəxsin məqsədinin məhz o ittihamlardan yayınmaq olduğunu bildirirlər. Eyni zamanda bu kimi hərəkətləri Türkiyə və Azərbaycan iş dünyasının etibarını hədəf alan təşəbbüs kimi qiymətləndirirlər.
Reportyor.info
Kainat.tv
Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər – “Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb”
10
noyabr
10:34
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Dövlət Gömrük Komitəsində iddia olunan korrupsiya və özbaşınalıq – Vətəndaşdan redaksiyamıza sensasion məktub-
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
GÖMRÜKDƏ MİLYONLAR NECƏ TALAN EDİLİR… – Yaxud “tam şəffaf” işlədiyini iddia edən Şahin Bağırov qızıl stəkanı kimdən və nə məqsədlə hədiyyə alıb?..
BAKI BAŞ GÖMRÜK İDARƏSİNİN ŞAHI - ELMİR RAMAZANOV VƏ XAN - VƏZİR HƏSƏNOV -İLGİNC FAKTLAR
Fazil Məmmədov dedi ki, Nəcməddin Sadıkovun adamına əvvəl 10 milyon, sonra 13 milyon, daha sonra isə…
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI