"Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın".
Kainat.tv xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüzmilyonlarla ölçülən sərvəti haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN rəhbərinin adı çəkilir.
Kəmaləddin Heydərov isə deyib ki, bu iddianı "bikar adamlar" yayırlar.
Məlumata görə, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasındakı münasibətlər olduqca gərgin olub.
Ona görə də FHN rəhbərinin ona belə bir hədiyə etməsi inandırıcı deyil.
Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlaması iddialarına REAKSİYA
05
noyabr
20:41
Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Boz kardinal” Ramiz Ənvəroviçin sadiq kadrları: Siyahı-I yazı…
İlham Əliyev Müdafiə Nazirliyinin bir qrup əməkdaşını təltif etdi
Mehdiyevin adı yenidən “Tərtər işi”ndə
MEHDİYEV DAHA BİR VİLLASINI SATIR – Sərvətini pula çevirib ölkədən çıxarır? + FOTO
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI