9 saylı cəzaçəkmə müəssisəsindən neqativ xəbərlər səngimək bilmir. Son zamanlar adı müxtəlif xoşagəlməz məsələlərdə hallanan 9 saylı CÇM-də bu dəfə dustaqlara qarşı növbəti haqsızlığa yol verildiyi barədə məlumatlar daxil olub.
Anxeber.Az-a verilən informasiyada iddia olunur ki, sözügedən həbsxanaya gələn komissiyanın qərarı məhkumların etirazlarına səbəb olub. Belə ki, komissiyanın missiyası məhbusları yoxlamaq, onların hansı səviyyədə islah olunduğunu araşdırmaq, həbs dövründə rəftarı, davranışları, qaydalara əməl etməsi və s. bu kimi kriteriyaları dəqiqləşdirməkdir. Sonra bu nəticələr və rəy komissiya tərəfindən təqdim olunur, bununla da məhkumlar arasında vaxtından tez azadlığa buraxılanlar olur. Yəni komissiyanın rəyi önəmlidir və dustaqlarla edilən imtahanın nəticəsində müsbət göstəriciləri olanlar cəzanın yerdə qalan hissəsini çəkmədən azadlığına qovuşa bilir. Əldə etdiyimiz məlumata görə, 9 saylı həbsxanada isə dustaqlar komissiyanın üzünü görmədən əksəriyyəti bu yoxlamalardan "kəsilib". Xəbərdə deyilir ki, 65 məhkumdan 59 nəfərinə mənfi rəy verilib. Halbuki məhbuslar komissiya üzvlərinin üzünü belə görməyiblər. Bildirilir ki, komissiya heyəti 9 saylı CÇM-nin rəisi ilə onun otağında görüşür, danışıqlar aparır və gedir, heç bir məhkumla söhbət olmur. Ona görə də bu haqsız rəy - dustaqları dinləmədən 65 nəfərin 59-nun imtahandan kəsilməsi etirazlara səbəb olub. Məlumata görə, artıq dustaqlar etiraz olaraq aclıq aksiyasına başlamağa hazırlaşır.
Məlumat üçün xatırladaq ki, 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədovdur.
İddialarla bağlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Anxeber.Az
Azər Talıbov
Kainat.tv
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
11
sentyabr
13:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fransanın insan hüquqlarına dair hesabatına tənqidi baxış - TƏHLİL
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
9 saylı türmədən Prezidentə MƏKTUB: "Komissiya rəhbəri hüquqlarımızı pozur"
Şəhid qardaşı cəzaçəkmə müəssisəsinin baş həkimi Ruslan Məmmədovu İFŞA ETDİ: Ədliyyə kapitanı prezidentlə bağlı GÖRÜN NƏ DEYİB / VİDEO
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadədən AÇIQLAMA
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI