Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Crystal İnşaat” ASC (VÖEN-1603491051) ulə satınalma müqaviləsi imzalayıb.
"DİA-AZ" xəbər verir ki, Xidmət Zəngilan rayonu, Ağalı kəndində yerləşən hotelin tam təchizatlı təmir və tamamlama işlərinin ikinci mərhələsi (qaz təchizatı, işıqlandırma, abadlıq, yaşıllaşdırma) üzrə işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 6 milyon 50 min 15 qəpik ödəyəcək.
Qüyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti (Xırdalan), ev 11 B 2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.
Məlumat üçün bildirək ki, ötən ilin mart ayında Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağalı kəndində yerləşən otelin tam təchizatlı təmir və tamamlama işlərinin satın alınmasına görə “Crystal İnşaat” ASC-yə 14 milyon 192 min 628 manat 20 qəpik ödəyib.
Onu da qeyd edək ki, 2022-ci ildə mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Zəngilan rayonunun Ağalı kəndində tikilən otelin tikintisi tezliklə yekunlaşacaq.
Bildirilib ki, otel zirzəmisi ilə birlikdə 4 mərtəbə olacaq və 2022-ci ildə otelin sonuncu mərtəbəsinin tikildiyi qeyd olunub. O zaman bildirilib ki, yaxın bir neçə ay ərzində otelin tikintisi tam şəkildə başa çatdırılacaq. Lakin, sonradan otelin tikintisinin hansı səbəbdən yarımçıq qaldığı barədə məlumat verilməyib. Otelin rəsmi açılışı isə 2024-cü ilin mayın 18-də baş tutub.
"DİA-AZ" bildirir ki, indi burada iki şübhəli məqam var: ya otelin AÇILIŞINI edənlər dövlət rəhbərliyini aldadıb, ya da yenə də dövlət rəhbərliyini aldadıblar...
Bu isə konkret yeyinti faktının təzahürü olduğundan gərəkən qurumlar üçün araşdırma mövzusudur...
Kainat.tv
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
08
sentyabr
12:08
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Sumqayıtın yaşıllaşdırılmasına ayrılan milyonlar və “SAFFİRA PLUS” müəmması
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI