Azərbaycan Respublikası qanunvericiliyinə görə hər hansı bir tikili işləri aparmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Kainat.tv xəbər verir ki, Binəqədi rayonu Xocasən qəsəbəsi Çingiz xan küçəsiində “SOCAR”-ın ərazisində qanunsuz tikinti işlərinin aparılması haqda cumhuriyyet.az-a məlumat daxil olub. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini və qanunsuz tikintinin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.
Özbaşına tikintidən SOCAR rəhbəri Rövşən Nəcəfin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun xəbəri var?
Binəqədi RİH-ti başçısı Elxan Allahverdiyev buna niyə göz yumur?
SOCAR ərazisində qanunsuz tikinti: Binəqədi icra hakimiyyəti göz yumur – VİDEO
11
avqust
19:21
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Binəqədi RİH Xocasəndə qanunsuz tikililərə ŞƏRİKDİR? – Arxitektura Komitəsi HARA BAXIR?
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
İcra başçısı ilə qadın sahibkar arasında böyk QALMAQAL: mülk dağıdanların MİLYONLUQ MÜLKLƏRİ - VİDEO
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI