Tovuz rayonunda, "Ocaq" restoranına yaxın 160 hektar toxumçuluq ərazisində qanun icazə vermədiyi halda, kartof əkilib. Anxeber.az-a verilən məlumata görə, həmin torpaqlar dövlətin balansında olsa da, şəxsi məqsədlər üçün istifadə olunur. Bildirilir ki, toxumçuluq sahəsi olan 160 hektarlıq yerdə kartof əkdirən adi fermer, yaxud əkinçi deyil, Tovuzun icra başçısı Məmməd Məmmədovdur.
Həmçinin rayonun Dondar Qazqulu əraziləri də zəbt edilərək kartof əkdirir. Nəticədə əkin sahələri susuz qalıb və suvarma yalnız icra başçısının ələ keçirdiyi torpaq sahələrinə verilir. Bu da yerli camaatın narazılığına səbəb olub. İcra başçısı öz səlahiyyətinə aid işlərlə məşğul olmaq yerinə toxumçuluq sahələrini yağmalayıb kartof əkdirir, pul qazanır. Yəni bir dövlət məmuru kartof satana çevrilib.
Qeyd edək ki, toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitini dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir.
Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasıdır.
Anxeber.az
Kainat.tv
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib
18
iyul
10:45
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Fəda Abbasovla monopolist Afər Hacıyevin işbirliyindən Məcnun Məmmədovun xəbəri varmı
Başçının “İŞĞAL ETDİYİ” rayonda tükürpədən ƏMƏLLƏRİ
Bakıda 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi HƏDƏFİ SEÇİLDİ
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Başçının müavini ZƏBT ETDİYİ torpaq sahəsində RESTORAN TİKİB, GÖL DÜZƏLDİB
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI