Azərbaycanla sülh sazişi imzalanarsa, Ermənistan və Avropa İttifaqı Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilər.
Kainat.tv xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.
"Bu mandat 2 il müddətinə nəzərdə tutulub. Təbii ki, gələcəkdə sülh sazişi imzalansa, ratifikasiya olunarsa və sabit sülhün əlamətləri olarsa, biz Aİ müşahidəçiləri üçün yeni mandatı müzakirə edə bilərik. Bunu sərhəd xətti ilə məhdudlaşdırmaq lazım deyil", - Hovhannisyan bildirib.
Onun sözlərinə görə, mandata etimad tədbirlərinin həyata keçirilməsi də daxildir. Ovannisyanın fikrincə, Bakı ilə münasibətlərin ssenarisi müsbət olarsa, müşahidəçilərlə işin davam etdirilməsi üçün də düzgün modellər tapmaq olar.
Sülh müqaviləsindəki “üçüncü qüvvələrin geri çəkilməsi” ilə bağlı qeyri-müəyyən ifadədən istifadə edərək, Azərbaycanın Aİ missiyasının tamamilə geri çəkilməsini tələb edə biləcəyi ilə bağlı suala nazir müavini bildirib ki, müşahidəçilərin belə hesab oluna biləcəyinə şübhə edir.
"Bu, müşahidə missiyasıdır. Məntiq diktə edir ki, belə tələblər olmamalıdır. Amma etimaddan danışmaq çətindir", - Hovhannisyan bildirib.
Onun sözlərinə görə, adətən belə hallarda söhbət hərbi qüvvələrdən gedir. Deməli, bu da müzakirə mövzusudur.
Qeyd edək ki, martın 13-də İrəvan və Bakının qalan iki bənd üzrə razılığa gələrək, sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdıqları məlum olub. //Publika.az
İrəvandan Aİ müşahidəçiləri ilə bağlı YENİ TƏKLİF: Sülh müqaviləsi BAĞLANARSA....
24
mart
18:55
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI