ETSN 9 saylı Regional Ekologiya İdarəsində həbslər gözlənilir.

Kainat.tv xəbər verir ki, bu barədə Reportyor.tv-yə idarədən olan etibarlı mənbə bildirilib.

Məlumatda 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahbazov Əlzamin aldığı külli-miqdarda rüşvətlə əlaqədar, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə Füzuli rayonundan olunan şikayətə əsasən araşdırma başlanıb. 

Qeyd edək ki, Şahbazov Əlzamin 9 salı Ekologiya İdarəsinin rəis müavini İnqilab Kazımovun yaxın qohumudur. Mənbənin iddiasında, 9 saylı Ekologiya İdarəsini rəis müavini İnqilab Kazımov, Əlzamin Şahbazov və Niyaməddin Hümbətov fəaliyyətləri dövründə birləşərək, aylardır idarə rəisi Oktay müəllimin yerinə qərarlar və sərəncamlar həyata keçirdikləri də bildirilir.  

Mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacağ!