Donald Tramp administrasiyası İranın neft ixracına qarşı sanksiyaları maksimum səviyyədə sərtləşdirməyə hazırlaşır. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt “Bloomberg”ə müsahibəsində bəyan edib.
Nazir Co Bayden hakimiyyətini İrana qarşı sanksiyalara nəzarəti zəiflətməkdə ittiham edib:
“Tramp sonuncu dəfə prezident olanda İran neftinin ixracı dibdə idi. Bayden sanksiyaları ləğv etmədi, amma onların tətbiqini dayandırdı. Nəticədə İran külli miqdarda vəsait qazandı və bu, regionda təhlükəsizliyi təhdid edir.”
Rayt açıq şəkildə bildirib ki, Tramp administrasiyası İran neftinin ixracına qəti şəkildə mane olacaq:
“Biz İranın neft tədarükünün qarşısını ala bilərikmi? Mütləq!”
ABŞ-ın bu sərt mövqeyi Vaşinqtonun İrana qarşı maksimum təzyiq strategiyasına qayıtdığını göstərir. Tramp hakimiyyətə qayıtdıqdan sonra İran neftinin satışının sıfırlanması real görünür.
Tramp İranın neft ixracını sıfırlayacaq – ABŞ-dan müharibə kimi MESAJ
11
mart
11:38
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
Tramp-Netanyahu görüşünün nəticəsi: “Yaxın Şərqin Rivierası” - TƏHLİL
Tramp qorxunc STRATEJİ PLANINA bəhanə tapdı: NATO yox ediləcək, Avropa Birliyi DAĞIDILACAQ
Yeni planlarla QAYITDI – Trampın Azərbaycan və dünya siyasəti NECƏ OLACAQ?
Kremlin Bakıya “ZƏRBƏ PLANI” boşa çıxır: Azərbaycan Rusiya üçün artıq çoxdan ƏLÇATMAZDIR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI