Qarabağdan qaçan separatçılar hələ də ümid edirlər ki, gələcəkdə Azərbaycan ərazilərini yenidən işğal edə biləcəklər.
Kainat.tv xəbər verir ki, bu məsələdə onlara bəzi ölkələrin mənasız qərarları və İrəvandakı revanşistlər saxta ümid verirlər.
Onlardan biri də Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandır.
Xaricdəki dəstəkçiləri vasitəsilə hakimiyyətə gəlmək istəyən Oskanyan daxildə də separatçıların köməyinə arxalanır.
Oskanyan yenə də bir neçə xarici ölkədə olub, orada “çayxana görüşləri” keçirib və İrəvana “yüksək əhval”da qayıdıb.
Qayıdan kimi də separatçıların nümayəndələri ilə görüşüb. Onları inandırmağa çalışıb ki, Ermənistanda hakimiyyət dəyişsə, Qarabağa qayıtmaq şansı yarana bilər. Bu barədə “Hraparak” nəşri yazıb.
“Bizə dedilər ki, Oskanyan bu dəfə kifayət qədər həvəslə qayıdıb və işin nəticə verdiyini bildirib. Bunu İsveçrə Federal Şurasının ermənilərinin qayıtmaq hüququ ilə bağlı qətnamə qəbul etməsi və Kanadadan verilən bəyanatlar sübut edir. Vardan Oskanyan ümidvar olduğunu bildirib ki, vətənpərvər hökumətlə vəziyyət tamamilə fərqli ola bilər”, - məlumatda deyilir.
Göründüyü kimi, separatçılar sadəcə “saman çöpün”dən yapışıblar. Bu “saman çöpü”nü də onlara Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələr verib. Yəni separatçılar yenə də alət kimi istifadə olunurlar. //Publika.az
Separatçılar İrəvanda TOPLAŞDI: Xaricdən qayıdan Oskanyan onlara NƏ XƏBƏR GƏTİRİB?
11
mart
11:07
Qarabağ
OXŞAR XƏBƏRLƏR
İrəvanın müharibə hazırlığı, hind silahları və Oskanyanın “300 min azərbaycanlı gələcək” anonsu
Prezidentin Kiselyova müsahibəsi DÜNYA MEDİASININ diqqət mərkəzində - FOTO
Qərb Ermənistanda Rusiya və İrana qarşı CƏBHƏ AÇIR, Moskva və Tehran hələ də erməniləri BƏSLƏYİR...
Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
Ermənistan parlamentində saxta “XƏRİTƏ” ŞOUSU; revanşistlər yenidən HƏRƏKƏTLƏNDİ; Bakıdan SƏRT XƏBƏRDARLIQLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI