“Həmişə düşünmüşəm ki, Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan hazırda Qarabağ məsələsini bitmiş hesab edən sələfi Robert Köçəryandan fərqli olaraq “artsax”ın taleyinə görə daima narahatlıq keçirib”.
Kainat,tv xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan deyib.
Onun sözlərinə görə, Sərkisyan Qarabağı Ermənistana bağlı saxlamaq üçün ATƏT-in Minsk qrupunun ətraf ərazilərin Azərbaycana təhvil verilməsinə dair təklifi ilə razılaşmaq istəyib:
“Lakin o, son anda geri çəkildi və bu tarixi yükün altına girə bilmədi. Beləliklə “artsax”ın ətrafındakı ərazilər də qaytarılmadı. Sərkisyan hələ o zaman məsuliyyətdən qaçmağa, bu məsələdə səlahiyyəti parlamentin üzərinə yıxmağa çalışırdı. Bəzən 2016-cı ildə aprel ayındakı döyüşlərdən sonra iyulun 17-də başlayan silahlı qiyamın Sərkisyanın bu məqsədi ilə bağlı olduğunu düşünürəm.
İyul qiyamında hazırkı baş nazir Nikol Paşinyanın da iştirakı diqqət çəkir. Serj Sərkisyanı istefaya səsləyənlərdən biri də o idi. Hazırkı baş nazir Sərkisyanı birinci prezidenti Levron Ter-Petrosyanla əlbir olmaqda və Qarabağın ətraf ərazilərinin təhvil verilməsini hədəfləməkdə ittiham edib. Beləliklə Sərkisyanın təhvillə bağlı düşüncələri icra edilmədi. Yəni doğurdanmı o zaman bu ikili arasında əməkdaşlıq olub? Yalnız gələcəkdə indiki məxfi sənədlər açıldıqda biz Sərkisyan və Paşinyanla bağlı həqiqəti öyrənə biləcəyik”.
Qeyd edək ki, 2016-cı ildə Aprel döyüşlərindən sonra, iyulun 17-də bir qrup parlament nümayəndəsi Sərkisyan hökumətinə qarşı silahlı üsyan qaldırdıqlarını elan ediblər. Bu zaman onun prezident vəzifəsindən istefası tələb olunub. Həmin vaxt hətta silahlı dəstə bir qrup hökumət nümayəndəsini əsir götürüb. Daha sonra separatçılardan Vitali Balasanyan araya girib və onların azad edilməsinə nail olub. //Globalinfo.az
Sərkisyan və Paşinyanı birləşdirən hadisə: O gizli sənədlər ortaya çıxarsa…
04
mart
11:04
Qarabağ
OXŞAR XƏBƏRLƏR
ATƏT böhran içində, MQ isə “YAŞAYIR” - Ermənistanın sonuncu “SAMAN ÇÖPÜ”
Meğri planı ilə bağlı YENİ DETALLAR – Bakıdan CAVAB: Danışıqlar olub, amma…
Paşinyan həbs qorxusu ilə ölkədaxili SAVAŞ AÇDI: Köçəryan və Sarkisyan Azərbaycana TƏHVİL VERİLƏCƏK
Moskvadan Bakı və İrəvana “SÜRPRİZ” TƏKLİF
Ermənistanın "DƏMİR YUMRUQ" üçün darıxan başı! : Azərbaycan Qərb havadarları İFŞA ETDİ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI