Bu mexanizmin tətbiqi mümkündürmü?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sözügedən təklif bir neçə aspektdə vacib məsələdir:
“Vətəndaşlar pensiya kapitallarında maraqlı olmalı və məcburi dövlət sosial ayırmanın ödənişinə həvəslə yanaşmalıdırlar. Reallıqda isə pensiya yaşına çatmamış yığılan kapitaldan istifadə edə bilməmək çoxunun diqqətində deyil. Ən azı ona görə ki, pensiya hüququ əldə etmək yaşı yüksək, yəni 65-dir. Digər tərəfdən, vətəndaşın öz pensiya kapitalından istifadə edə biləcəyinə həmişə qarant olmalıdır. Yəni bir şəxs 35-40 il işləyib müəyyən məbləğdə pensiya kapitalı yığıbsa, bu, məhz özünə qismət olmalıdır”.

Pərviz Heydərov
İqtisadçı bildirib ki, səhhətində problem olanların pensiya yaşına çatmamış yığılan kapitaldan faydalanması daha məqsədəuyğundur:
“Belə addımın atılması pensiya-sığorta sisteminin formalaşması və onun islahatının həyata keçirilməsinə də töhfə verəcək. 2019-cu ildən etibarən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi təkmilləşsə də, dövlətdən asılılıq var. Pensiya kapitalından istifadəyə imkan yaradılması ilə bu sahədə sosial sığorta ödənişlərinin sürətini və həcmini artırmaq olacaq”.