Kainat.tv xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin deyib.
Onun sözlərinə görə, Zaporoje vilayətinin Priyutnı və Levadnı rayonlarında canlı qüvvənin dəstəklənməsi üçün zirehli texnikalardan istifadə planlaşdırılır. Ruslar artıq Zaporojenin ələ keçirilmiş ərazisindəki poliqonlardan birində müvafiq təlim keçiblər. Bundan əlavə, Rusiya PUA və müxtəlif sistemlərdən istifadə etməklə döyüş əməliyyatlarını daha aktiv şəkildə aparmağa hazırlaşırlar.