Kainat.tv xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Devid Tafuri deyib.
Onun sözlərinə görə, Şimali Koreyadan sonra digər müttəfiqləri də Rusiyaya müharibədə fəal kömək edəcəklər:
“İran, Suriya və Çin də daxil olmaqla Rusiyanın tərəfində olan və Ukraynaya qoşun göndərə biləcək bir neçə ölkə var. Bu, bizi (Qərbi) narahat eləməlidir”.
“Həmçinin Rusiyanı hərbi-sənaye kompleksini saxlaması üçün lazım olan bəzi komponent və avadanlıqlarla təmin edə bilərlər. Amma bu o demək deyil ki, Şimali Koreyanın bacarıqlı ordusu yoxdur, Rusiyanı əlavə qüvvələrlə təmin edir”. //Teleqraf.com