“TRT Vörld”ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə Ermənistanda narahatlıq doğurub.
Kainat.tv Globalinfo.az-a istinadla xəbər verir ki, məqalədə İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir.
Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir.
Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək.
Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir.
Türkiyənin dövlət televiziya kanalı Zəngəzurla bağlı xəritə yaydı, İrəvan qarışdı - FOTO
28
yanvar
07:26
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qalib Xalqın tarixi QƏLƏBƏSİ: Azərbaycanın ZƏFƏR GÜNÜDÜR
Zəngəzur dəhlizində SENSASİON təxribat PLANLARI
Bakı və Ankara Zəngəzur dəhlizi üçün ANLAŞDI - Ərdoğan AÇIQLADI
50-dən çox heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
“Çinə Zəngəzur dəhlizi lazım deyil” İDDİASI - düşmənin XAM XƏYALI, yoxsa...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI