Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Kainat.tv “Report”-a istinadla xəbər verir ki, “Tramp qayıtdı: Ermənistan üçün “əcəl zəngi” çalınır” adlı süjetdə Donald Trampın ABŞ Prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunur.
Bildirilir ki, əsas məsələ Tramp Amerikasının Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə – azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir.
Qeyd olunur ki, keçmiş təcrübə - Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır.
Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden Amerikası və Fransa Avropasına bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp Amerikasının dövründə belə olmayacağı ehtimalı güclüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan XRONİKASI: Tramp qayıtdı, Ermənistan üçün “ƏCƏL ZƏNGİ” çalınır
24
yanvar
08:00
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda keçirilən möhtəşəm COP29-dan iqtisadi GÖZLƏNTİLƏR
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - XRONİKA
Zəngəzur dəhlizində SENSASİON təxribat PLANLARI
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Əliyev Paşinyanı necə KÜNCƏ SIXIŞDIRDI: İrəvan Zəngəzur dəhlizini indi artıq özü təhvil vermək üzrədir
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI