Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində 76 nəfərin öldüyü açıqlanıb.
Hadisə ilə bağlı 4 nəfərin saxlanıldığı, onlardan birinin kurortun rəhbəri olduğu bildirilir.
Kainat.tv xəbər verir ki, sosial şəbəkələrdə hadisənin ilk anlarının görüntüsü yayılıb.
Mərkəzin işçiləri binada yanğın zamanı təcili çıxış üçün nərdivanların olmadığını bildiriblər. Məlumata görə, əvvəl mətbəxdə başlayan yanğın daha sonra binanın alt mərtəbələrindən üstə doğru yayılmağa başlayıb. Mərkəzdən sağ çıxmağı bacaran müştərilər hər hansı həyəcan siqnalı və yanğın xəbərdarlığının olmadığını, alovların mərtəbə-mərtəbə yayıldıqca insanların təşvil səslərinə oyandığını və bu şəkildə xəbər tutduqlarını deyiblər.
Yuxarı mərtəbələrdə qalan insanların bəzilərinin yanğından qurtulmaq üçün özünü binadan atdığı və nəticədə həyatını itirdiyi bildirilir. Bəziləri döşək üzlərini bir-birinə bağlayaraq aşağı sallayıb, özləri və ailələrini bu yolla xilas ediblər. Daha yuxarı mərtəbələrdə olanların aşağıdakılara onları tutmaları üçün səsləndiyi, hətta bəzilərinin övladlarını yanğından xilas etmək üçün yerə atmağa çalışdığı deyilir. Bir atanın 1 yaşlı qızını yerə atacağını, aşağıdakılara səslənərək onun düşməsi üçün döşək açmağı xahiş etdiyini eşidənlər olub.
Bolu bələdiyyə sədri mərkəzin 2007-ci ildən etibarən yanğına qarşı mühafizə sisteminin yoxlanmadığını bildirib. Zərərçəkənlər və xilas olmağı bacaran otel işçiləri yanğınsöndürənlərin 1 saat keçdikdən sonra əraziyə gəldiyini bildiriblər.
Sosial şəbəkələrdə yayılan bir görüntü isə ictimaiyyətdə daha çox dəhşət doğurub. Qarşı ərazidə naməlum şəxs tərəfindən lentə alınan videoda yanğının hələ yuxarı mərtəbələrə yavaş-yavaş yayıldığı və insanların binadan çıxmaq üçün kömək çağırması eşidilir. Görüntülərdə binada pəncərədən aşağı enərək xilas olmağa çalışan, həmçinin kömək çağıran insanların olduğu sezilir. Həmin şəxslərin bəzilərinin xilas ola bilmədiyi qeyd edilir. //Globalinfo.az
Türkiyəni silkələyən FACİƏ: Hadisənin ilk anlarının ŞOK GĞRÜNTÜSÜ yayıldı
22
yanvar
07:07
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Türkiyə DƏHŞƏT İÇİNDƏ: 66 ölü, 51 yaralı – VİDEO / YENİLƏNDİ
“Brend Media Group”un rəhbərinin adı ÖLÜM İŞİNDƏ - kimdən və necə GİZLƏDİLİB?
Qastronomik SƏYAHƏT və Şərq CAZİBƏSİ: Dubay atmosferinə DALMA
Hoteldə güclü yanğın:10 nəfər həlak oldu, 32 yaralı var - Prezident başsağlığı və göstəriş verdi - DİN hərəkətə keçdi/VİDEO
Qəzanın pərdəarxası: AZAL-ın təyyarəsinə raket zərbəsi endirilib? - DETALLAR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI