Kainat.tv xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
“Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı son mesajları fonunda bu məsələ aktuallığını qoruyur. Hətta iddia edilir ki, rəsmi Bakı regional kommunikasiyaların açılması ilə bağlı digər təzyiq vasitələrinə də əl ata bilər”, - o qeyd edib.

Polkovnikin fikrincə, proseslərin inkişafı Ermənistanın verəcəyi qərarlardan asılı olacaq:
“Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın ən sonda aktiv güc amilindən istifadəsi ilə bağlı nəsə demək çətindir. Rəsmi Bakı güc amilindən istifadədə maraqlı olmasa da, İrəvan prosesi süni şəkildə uzadır. Belə olan halda Azərbaycanın başqa çıxş yolu qalmayacaq”.
Üzeyir Cəfərov Azərbaycanın Zəngəzura qoşun yeritmə ehtimallarını da dəyərləndirib:
“Bu heç də Zəngəzur bölgəsinə Azərbaycan tərəfindən tankların yeridilməsi, qoşun göndərilməsi demək deyil. Bakının əlində İrəvana təsir rıçaqları çoxdur. Ona görə də Ermənistan tərəfi Azərbaycanın bundan sonra gözləmə mövqeyində qalmayacağını dərk etməlidir”.