Mövcud rəsmi məlumata görə, Transxəzər nəqliyyat dəhlizinin ötürücülük qabiliyyəti 10 milyon tona çatdırılacaq. Transxəzər dəhlizinin aparıcı ölkələri Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədir. Bu logistika həm də Orta dəhliz adlanır, xüsusilə Azərbaycan üçün strateji əhəmiyyətə malikdir.
Kainat.tv xəbər verir ki, bu barədə Ermənistanın “Respublika Meydanı” Teleqram kanalı yazır.
Mənbə qeyd edir ki, nəqliyyat, neft-qaz və digər imkanlar baxımından zəngin Azərbaycan Şərq-Qərb istiqamətində mühüm logistika dəhlizinə çevrilir, Türkiyə və Avropa İttifaqına (Aİ) birbaşa çıxış əldə edir:
“Türkiyə, Çin və Qərbi logistika ilə təmin edən Azərbaycan bundan iqtisadi-siyasi dividendlər qazanır. Həmçinin Azərbaycan Şimal-Cənub layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və qaz kəmərləri çəkməklə Rusiya ilə İran arasında birləşdirici halqaya çevrilir.
Məntiqlə Ermənistan da Rusiya-Gürcüstan-Ermənistan-İran-Fars körfəzi-Hindistan istiqamətində Şimal-Cənub layihəsinin bir hissəsi olmalıdır. Amma Nikol Paşinyan və komandası Rusiya və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri pisləşdirir, eləcə də ABŞ və Aİ ilə Ermənistana heç nə verməyən müqavilələr imzalayır.
Tehranın Ermənistan ərazisindən keçməklə Qara dəniz və Rusiyaya, eləcə də Rusiya və Gürcüstan mallarının Ermənistan üzərindən İran və Hindistana daşınmasına imkan yaradan Şimal-Cənub nəqliyyat layihəsi hələ də həyata keçirilməyib. Ermənistan rəhbərliyi ciddi logistik layihələr həyata keçirə bilmir və kağız üzərində qalacaq “Sülh qovşağı” layihəsindən danışır. Çünki bu, Azərbaycan və Türkiyəyə lazım deyil. Bakı dəfələrlə bildirib ki, onun məqsədi Zəngəzur dəhlizidir”.
Müəlliflər onu da vurğulayırlar ki, Ermənistan Qərbdən heç nə almayaraq ənənəvi müttəfiqləri Rusiya və İranla əlaqələrini kəsir: “Azərbaycan bunun fonunda qonşu Gürcüstan və İran, Rusiya, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini dərinləşdirir”.
Kanal Ermənistanın Azərbaycanın rəhbərliyi ilə Cənubi Qafqazda keçirilən bütün ciddi iqtisadi, enerji və logistik layihələrdən kənarda qaldığını qeyd edir. //Teleqraf.com
Tehranla dəhliz planları BAŞ TUTMADI – Bakının hədəfini AÇIQLADILAR
21
yanvar
11:37
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Şimalla Cənubu birləşdirəcək DƏHLİZ: Azərbaycanın qazandığı iqtisadi-siyasi DİVİDENDLƏR
Azərbaycan yeni DƏHLİZ AÇILIR - Bakının logistik ÖNƏMİ ARTIR
Baş nazir və hökumət üzvləri parlamentə gəldi - MÜZAKİRƏLƏR BAŞLADI
Qərbin Tbilisi PLANI: "rəngli inqilab", manipulyasiya, YALAN
Azərbaycan qlobal enerji liderinə ÇEVRİLİR: Avropa ilə QAZ KÖRPÜSÜ
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI