Fransa prezidenti Emmanuel Makron yanvarın 20-də Donald Trampın hakimiyyətə qayıdışı ilə əlaqədar Fransa ordusu qarşısında çıxışında Avropanı “ayılmağa” və müdafiəyə daha çox pul xərcləməyə çağırıb.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.

"Amerikalı müttəfiqimiz Aralıq dənizindən hərbi gəmilərini geri çəksə, sabah Avropada nə edəcəyik?" – deyə Makron deyib.

Makron xəbərdarlıq edib ki, Ukraynadakı müharibə yaxın günlərdə bitməyəcək: "Gəlin özümüzü aldatmayaq".

Fransa prezidenti Avropaya öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırış edib: "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz".