Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Zabrat yolunda sürücülərin və piyadaların qarşılaşdıqları problem haqqında məlumat verilib.
Bildirilib ki, adıçəkilən yolda avtobus zolağı var və avtobus sürücüləri həmin zolağın daxilində hərəkət edirlər. Avtomobillər isə sağa manevr etmək istəyəndə avtobusların hərəkətinə mane olurlar:
"Digər məsələ isə avtobus zolağı xəttinin silinməsidir. Şəhərdən gələn nəqliyyat vasitələri sağa manevr etmək istəyəndə avtobus zolağına daxil ola bilmirlər. Lakin yerdə xətlənmənin və 5.9 yol nişanının olmaması bəzi sürücüləri çaşdırır".
Vurğulanıb ki, həmin ərazidə piyadaların keçidi üçün şərait yaradılsa da, nə piyada keçidini bildirən nişan var, nə də yerdə xətlənmə. Bu, piyadaların həyatını birbaşa təhlükəyə atmaq deməkdir.
"Digər bir məsələ isə kəsişmədən əsas yola daxil olmaq istəyən sürücülərlə bağlıdır. Onlar yalnız işıqforda qırmızı işıq yananda kəsişməyə daxil ola bilirlər. Bu isə sözügedən ərazidə piyada keçidinin olmasını sual altına qoyur. Yəni piyada keçidi orada yox, kəsişmənin qarşısında olmalıdır", - deyə əlavə olunub.
Diqqətə çatdırılıb ki, əgər 5.9 yol nişanı yoxdursa, üstəlik zolaq da silinibsə, deməli sürücülər üçün heç bir maneə yoxdur. Kəsişməyə köməkçi yoldan daxil olanlar isə əksər hallarda qırmızı işığı gözləməlidirlər. Çünki yalnız bu vaxt əsas yolda hərəkət dayanır. Əsas yoldan sağa dönmək istəyənlər üçün isə əvvəldə 1.11 üfüqi nişanlanma xətti olmalıdır.
Əlavə olunub ki, işıqforun və piyada keçidinin kəsişmədən sonra olması, həmçinin xətlənmənin doğru olmaması qəza riskini artırır.
Ətraflı süjetdə:
Piyadaların həyatını təhlükəyə atan KƏSİŞMƏ: Zabrat yolunda NƏ BAŞ VERİR?
19
yanvar
09:29
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bakıda yeni MARŞRUT ŞƏBƏKƏSİ yaradılır: Avtobusların sayı 2500-ə ÇATDIRILACAQ
Nəriman Nərimanovun heykəli istiqamətində gedən yolda mövcud olan PROBLEMLƏR
Binəqədidə TƏHLÜKƏLİ VƏZİYYƏT: Qurum piyada keçidlərinin təşkilinin mümkün olmadığını deyir
TƏCİLİ! Bakı sakinlərinə MÜJDƏ: böyük layihə işə düşür - BUNDAN SONRA...
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI