Gəncə Dövlət Tibb Kollecində oxuyan tələbə onlardan rüşvət tələb olunduğunu iddia edib.
Kainat.tv xəbər verir ki, sosial şəbəkədəki səhifələrin birində bu məsələ müzakirə mövzusu olub.
İddia olunub ki, kollecin müəllimi praktika üçün tələbələrdən 500 manat məbləğində pul tələb edir.
"Məlahət xanım hələ də tələbələrdən praktika üçün pul tələb edir. İl başlayandan 20 AZN istəyirdi, praktika üçün isə 500 AZN istəyir. Öz haqqımız olan praktikaya çətinliklə gedirik. Oxuyanlar qalırlar qıraqda, pul verənlərə təqaüd verilir", - deyə paylaşımda bildirilir.
Məsələ ilə bağlı sorğuya cavab olaraq, Səhiyyə Nazirliyi yayılan məlumatı əsassız hesab edib.
Qeyd edilib ki, paylaşımın olduğu səhifədə bundan əvvəl də oxşar anonim məlumat paylaşılıb.
"Səhiyyə Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb, tələbələrlə ayrı-ayrılıqda görüşlər keçirilib, nəticədə faktlar təsdiqini tapmayıb.
Səhifədə yer alan məlumatların anonim olması şikayət edənlə əlaqə yaradılmasını və məsələnin qanunvericilik çərçivəsində araşdırılmasını mümkünsüz edir.
Hər hansı bir fakt və sübutlar olarsa, Səhiyyə Nazirliyi şikayətçini qəbul edib məsələnin qanunvericilik çərçivəsində araşdırılmasına hazırdır. Bundan əlavə, şikayətçi əlindəki faktlarla hüquq-mühafizə orqanlarına da müraciət edə bilər", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında da kollecdəki analoji problemlə bağlı məlumatı işıqlandırmışdıq. Həmin vaxt tələbələrdən birinin valideyni sosial şəbəkədəki səhifələrin birində Tibb bacısı fakültəsinin şöbə müdiri Yeganə Abbasovanın kollecdə tələbələrdən hər bir sərbəst işə, imtahana və kollokviuma görə rüşvət tələb etdiyini iddia etmişdi.//Oxu.Az
Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR
18
yanvar
21:30
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Gəncə Tibb Kollecində RÜŞVƏT QALMAQALI: Şöbə müdiri İTTİHAM OLUNUR
Ülviyyə İlyasovanın ÖLÜM İŞİ, həkimlərin "GÖZƏLLİK ƏMƏLİYYATI"... - Səhiyyə Nazirliyi CAVAB VERİR
Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA
Həkim Ləman Əliyeva SƏHİYYƏ NAZİRLİYİNİ SÖYDÜRÜR? – FOTO/VİDEO
Respublika "KRİTİK" Xəstəxanası: Əlvizə "ƏLVİDA" deyiləcəkmi? - İTTİHAM VAR...
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI