Hər ölkədə hərbi xidmətə çağırış yaşı, xidmət müddəti və qaydaları fərqlidir. Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən edilib.
Zaman-zaman 18 yaşın az olduğu, 20-21 yaşa qədər artırılması ilə bağlı təkliflər irəli sürülür. Məsələn, Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir.
Bizdə də bu yaşın qaldırılması mümkündürmü?
Kainat.tv bildirir ki, Globalinfo.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib ki, gələcəkdə bu məsələyə baxıla bilər.
Onun sözlərinə görə, bizdə də hərbi xidmətə çağırış yaşının artırılması mümkündür:
“Azərbaycanın xidmətkeçmə haqqında öz qanunu var. Onun əsasında 18 yaşlı oğlanlar əsgərliyə çağırılır. Təbii ki, gələcəkdə Azərbaycan artıq peşəkar orduya keçəcək. O zaman isə 18 yaşlı əsgərin xidmətinə demək olar ki, ehtiyac olmayacaq. Çünki bizdə bu gün 22-25 yaşlı gənclər var, hansı ki, onlar çox böyük həvəslə orduda xidmət etmək istəyirlər. Çox güman onlara üstünlük veriləcək. Müharibə bitib, hər şey qaydasındadır. Artıq peşəkar orduya üstünlük vermək lazımdır”.
Hərbi xidmətə çağırış 18 yaşdan 21-ə qaldırılır? – AÇIQLAMA
18
yanvar
17:13
Qarabağ
OXŞAR XƏBƏRLƏR
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI