Bu gün Qarabağda həbs edilən, hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə prosesi başlayır. Bunu Azərbaycanın “Nürnberq prosesi” də adlandırmaq olar.
Əsas diqqətçəkən məqam dünən (16 yanvar) Ermənistan mediasının tirajladığı Ruben Vardanyanın müraciətidir. Vardanyan iddia edir ki, “heç bir sənədə imza atmayıb”, “heç bir ifadə verməyib”. Hətta “saxlanılan vaxt yalnız adımı demişəm” kimi böyük iddialar irəli sürüb. Hərçənd, daha öncə Vardanyanın istintaq orqanları ilə əməkdaşlıq etdiyi, mühüm sirləri açdığı, hətta təkcə Qarabağda törətdikləri cinayətlərlə bağlı yox, həm də Qərbdə Azərbaycana qarşı olan qruplarla əməkdaşlığını (misal üçün, USAİD rəhbəri Samanta Pauerlə bağlı etirafları), həyata keçirdikləri işləri etiraf etdiyi haqda məlumatlar var. Onun istintaq orqanları ilə əməkdaşlıq etməkdən başqa yolunun qalmadığı da məlumdur.
Bəllidir ki, bu müraciəti Vardanyan Bakıdan göndərməyib, onun adından hazırlayıblar. Məhkəmədən bir gün öncə Vardanyanın adından yayılan müraciətin məqsədi prosesi manipulyasiya etmək və onu “qorumaq”dır. Çünki Vardanyan da daxil olmaqla hərbi cinayətətlərdə ittiham olunan şəxslərin etirafları həm Ermənistanı çətin vəziyyətə sala, həm də erməni ictimai rəyində “mübariz” obrazlarını sıradan çıxara bilər. Rubenin etirafları isə Qərbdəki “dostlarının” da narazılığına səbəb ola, ona verilən dəstəyin kəsilməsi, yaxud azalması ilə nəticələnə bilər. Bu baxımdan, məhkəmədən bir gün öncə yayılan müraciətlə Rubeni sığortalamağa çalışırlar.
Asif Nərimanlı
Vardanyanın ŞOK “MÜRACİƏTİ” yayıldı – Hansı SİRLƏRİ AÇDI?
17
yanvar
12:32
Qarabağ
OXŞAR XƏBƏRLƏR
Qərbin COP29 riyakarlığı və Bakıya HİBRİD HÜCUMUN pərdəarxası - TƏHLİL
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - TƏFƏRRÜAT
İrəvan Zori Balayan, Köçəryan, Sərkisyanı... – Əsrin məhkəməsində onlar da İFŞA OLUNACAQ!
Bu qüvvələr Azərbaycana qarşı “HÜCUM”A KEÇDİ: planlarının arxasında NƏ DAYANIR?
COP29-a hazırlıq: Bakı Stadionuna media-tur təşkil olundu – FOTOLENT
- Nüvə məsələsi yenidən GÜNDƏMDƏ - Ağ Ev Tehrandan DƏVƏT GÖZLƏYİR
- Şərqi Avropada Ukraynaya qarşı “İKİNCİ CƏBHƏ” açılır: Polşanın Kiyevə arxadan ZƏRBƏSİ Rusiyanı GÜCLƏNDİRİR
- Rusiya-Azərbaycan münasibətləri yenidən GƏRGİNLƏŞDİ: diplomatik SKANDAL!
- NATO Rusiya ilə SAVAŞA hazırlaşır - 147 kilometr UZAQLIQDA...
- Müharibə RƏSMƏN başladı - SEPAH ABŞ hərbi bazalarına HÜCUMA KEÇİR
- Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı HƏYƏCANLI MESAJ
- Sülh danışıqları TƏHLÜKƏDƏ - İran nüvə obyektlərinə girişi QADAĞAN ETDİ
- Rusiya “MÜHARİBƏ MƏNGƏNƏ”sinə salınır: Şərqdə daha bir CƏBHƏ QURULUR
- ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma KİMİ QALİB ETDİ?
- Ankaranın “QIRMIZI XƏTTİ”i təhdid edildi, Bakı HƏRƏKƏTƏ KEÇDİ – Səfir iddiasının PƏRDƏARXASI