Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.

Kainat.tv Publika.az-a istinadən xəbər verir ki, “Mouze” "Telegram" kanalı bununla bağlı faktlar əldə edib.

Bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər. Onların burada ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları məlum olub.

Məlumata görə, həmin qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub. Daha 5 nəfər ölkədən deportasiya edilib.